4-08-2025, 08:32
13-07-2025, 14:49
4-07-2025, 23:20
3-07-2025, 22:15
18-06-2025, 08:36
2025-ci ilin avqustunda Prezident cənab İlham Əliyev ABŞ-a rəsmi səfər edib və Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə görüşüb. Bu görüş iki ölkə arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb.
Səfər zamanı Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün xüsusi İşçi Qrup yaradılıb. Bu əməkdaşlıq enerji, ticarət, tranzit yolları, süni intellekt, rəqəmsal texnologiyalar, müdafiə və təhlükəsizlik sahələrini əhatə edəcək.
Prezident cənab İlham Əliyev bildirib ki, bu yeni format Azərbaycanın iqtisadi inkişafına, işsizliyin azalmasına və beynəlxalq nüfuzunun artmasına xidmət edəcək.
1992-ci ildə ABŞ Konqresi tərəfindən qəbul edilən 907-ci düzəliş uzun illər Azərbaycana qarşı məhdudiyyətlər tətbiq edib. Bu düzəliş Prezident Tramp tərəfindən Prezident cənab İlham Əliyevin iştirakı ilə rəsmi olaraq dayandırılıb. Tramp bəyan edib ki, Azərbaycan etibarlı tərəfdaşdır və bu qərar münasibətləri daha da möhkəmləndirəcək.
Bu addım Azərbaycan-ABŞ münasibətlərində böyük siyasi etimad yaradıb. Görüşün əsas mövzularından biri Cənubi Qafqazda sülhün bərqərar olması olub. Ağ Evdə Azərbaycan və Ermənistan liderləri “Sülhün və lar.
Prezident cənab İlham Əliyev bildirib ki, sənədin imzalanması üçün Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiaları çıxarılmalıdır.
Tramp bu mövqeyi dəstəkləyərək sülh sənədinin bölgədə sabitlik yaradacağını vurğulayıb.
30 ilə yaxın fəaliyyət göstərmiş, lakin nəticə verməmiş dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsini paraflayıbT-in Minsk qrupu və əlaqəli strukturların fəaliyyəti rəsmən dayandırılıb.
Tramp qeyd edib ki, köhnə, nəticəsiz mexanizmlər əvəzinə real diplomatik təşəbbüslər lazımdır. Prezident cənab İlham Əliyev isə vurğulayıb ki, Qarabağ münaqişəsi artıq beynəlxalq hüquq çərçivəsində həll olunub.
Cənab İlham Əliyev və Donald Tramp Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz quru bağlantı yaradılması barədə razılığa gəliblər.
Layihə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” adlanır. ABŞ bu dəhlizin inşasında lider rolunu oynayacaq. Prezident cənab İlham Əliyev bildirib ki, bu yol Ermənistan üçün də iqtisadi imkanlar yaradacaq və onu tranzit ölkəyə çevirəcək.
Səfər zamanı SOCAR və ExxonMobil arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Bu əməkdaşlıq yeni neft və qaz yataqlarının kəşfi, enerji infrastrukturunun inkişafı və ABŞ texnologiyalarının tətbiqini nəzərdə tutur.
Prezident cənab İlham Əliyev qeyd edib ki, böyük karbohidrogen yataqlarının kəşfi ölkənin enerji ixrac imkanlarını daha da artıracaq. Azərbaycan artıq: NATO-nun 10 üzvünə təbii qaz ixrac edir; Boru kəmərləri ilə 14 ölkəyə qaz çatdırır; Suriyaya qaz ixracı ilə Yaxın Şərq bazarına daxil olub.
ABŞ ilə süni intellekt, rəqəmsal texnologiyalar, müdafiə sənayesi və enerji təhlükəsizliyi sahələrində əməkdaşlıq imkanları genişləndiriləcək. Prezident cənab İlham Əliyev görüş zamanı ABŞ mediasında və bəzi siyasi dairələrdə illərlə aparılan qərəzli kampaniyaları tənqid edib. Azərbaycan multikulturalizm və tolerantlıq nümunəsi kimi təqdim olunub. Etnik və dini münaqişələrin ölkədə heç vaxt baş vermədiyi vurğulanıb. Naxçıvan dəhlizinin məqsədinin yalnız Azərbaycanın daxili nəqliyyat əlaqəsini təmin etmək olduğu açıqlanıb.İmzalanan sənədlər iki ölkə münasibətlərini möhkəmləndirməklə yanaşı, Cənubi Qafqazda sabitlik və iqtisadi inteqrasiyaya töhfə verəcək.
Tramp bəyan edib ki, ABŞ bu layihələrin reallaşması üçün dəstəyini əsirgəməyəcək.
Prezident cənab İlham Əliyev vurğulayıb ki, sülh və iqtisadi əməkdaşlıq həm Azərbaycan, həm Ermənistan, həm də bütün region üçün faydalıdır.
Bu səfər həm iki ölkə münasibətlərində, həm də regionun gələcəyində tarixi dönüş nöqtəsi oldu.
Könül Hüseynova
Suraxanı rayonu, 114 nömrəli tam orta məktəbin direktoru
Sozcu.info