Türkmənistan Qarabağda məscid inşa edəcək

Türkmənistan və Azərbaycan xalqları əsrlər boyu bir ailə kimi, qardaş kimi yaşayıb-yaratmışlar. Bu gün iki müstəqil dövlət bu ənənələrə sadiqdir, bu ənənələri yaşadır və yeni üfüqlərə doğru birgə addımlayır.

Biz bunu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türkmənistana səfərində və orda üç- tərəfli görüşdə - Türkmənistan, Azərbaycan və Özbəkistan Prezidentlərinin birgə görüşündə bir daha gördük. 

İyul ayında Türkmənistan Respublikasının Prezidenti Azərbaycanda olmuşdur. O iki gün müddətində həm Bakıya, həm də Qarabağ bölgəsinə səfər etmiş, Türkmənistan və Azərbaycan iki qardaş ölkə kimi bütün məsələləri dostluq, qardaşlıq şəraitində həll edərək genişləndirmişdir.

Bunun bariz nümunəsi Türkmənistanın hədiyyəsi olan Füzulidə tikintisi nəzərdə tutulan məsciddir. Bu, türkmən xalqının, Türkmənistan liderinin Azərbaycan xalqına, Azərbaycana olan dəstəyinin nümunəsidir.  

Bu görüşdə Özbəkistan Prezidenti də iştirak etmiş, Qarabağın dirçəlişi üçün Füzulidə tikdirdiyi Mirzə Uluqbəy adına orta məktəb, Xankəndində inşa etdiyi tikiş fabrikini misal göstərə bilərik. Hər dəfə bir azərbaycanlı kimi o məktəbi görəndə özbək xalqına dərin minnətdarlıq hissləri ifadə edirik. Üçtərəfli bu görüş- nəqliyyat, tranzit, loqistika, elektorenergetika, neft, qaz sahələri və mədəni əlaqələri genişləndirir. Bu görüşün keçirilməsi Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin iştirakı ilə Türkmənbaşı şəhərində sənədlərin imzalanması Azərbaycan xalqının, Azərbaycan Respublikasının Prezidentinin böyük uğurudur. Biz sizinlə fəxr edirik, cənab Prezident !


Nəsibə Qurbanova 

Suraxanı rayonu,  85 nömrəli tam orta məktəbin coğrafiya müəllimi 

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti