18-08-2025, 13:24
4-08-2025, 08:32
13-07-2025, 14:49
4-07-2025, 23:20
3-07-2025, 22:15
2025-ci il avqustun 22-də Türkmənbaşı şəhərində Türkmənistan, Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında yüksəksəviyyəli görüş keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev birgə foto çəkdiriblər. Sonra Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış ediblər.
Azərbaycan, Türkmənistan və Özbəkistan arasında münasibətlər əsasən tarixi, mədəni və iqtisadi bağlılıqlara əsaslanır. Bu ölkələrin hamısı türksoylu xalqlardır və bir çox sahədə ortaq maraqlara sahibdirlər. Azərbaycan–Türkmənistan və Azərbaycan–Özbəkistan münasibətləri müstəqillikdən sonra, yəni 1990-cı illərin əvvəlindən etibarən formalaşıb. Bu ölkələr müstəqilliklərinə qarşılıqlı hörmət və qeyri-müdaxilə prinsipləri əsasında münasibətlər qurublar. Hər üç ölkə beynəlxalq təşkilatlarda, xüsusilə Türk Dövlətləri Təşkilatı, BMT, Qoşulmama Hərəkatı kimi qurumlarda əməkdaşlıq edirlər.
Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türkmənistana işgüzar səfəri zamanı Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli üçtərəfli görüşün yekunlarına dair mətbuata verdiyi bəyanatda bir çox mühüm və hər üç ölkə üçün əhəmiyyətli məsələlərin vacibliyi diqqətə çatdırılmışdır.
Bu görüş üç dost və qardaş dövlət arasında yeni strateji əməkdaşlıq dövrünü açan bir tədbir idi. Azərbaycan Türkmənistan-Özbəkistan dostluğu xalqların öz iradəsinə əsaslanan dərin qardaşlığın nəticəsidir və bu münasibətlər yeni üfüqlərə doğru birlikdə irəliləyir.
Dövlət başçıları arasında imzalanmış Bəyanat əslində bu ölkələrin strategiya və dəyər birliyinin təzührüdür. İmzalanan Bəyanatın mahiyyətindən də göründüyü kimi, Bəyanatın əsas prioritet istiqamətləri ortaq tarixi-mədəni dəyərlərin, dostluq və qardaşlıq əsasında daha sıx əməkdaşlıq istiqamətində irəliləmək niyyətinin olmasıdır.
Üç dövlətin birgə bəyanatı Azərbaycan–Türkmənistan–Özbəkistan arasında nəqliyyat loqistika əməkdaşlığına dair Anlaşma Memorandumunun, Azərbaycan (Füzuli) və Türkmənistan (Arxadağ) arasında qardaşlaşma protokolunun və həmçinin, Azərbaycanla Türkmən hava yolları arasında beynəlxalq hava əlaqələrinin inkişafı üçün memorandum imzalanması ilə nəticələnmişdir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev Türkmənistan Respublikası, Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında yüksəksəviyyəli görüşün yekunlarına dair 2025-ci il 22 avqust tarixində mətbuata bəyanat vermişdir. Bəyanatda Avaza şəhərinə ikinci səfəri olduğunu qeyd edən ölkə başçısı Prezident cənab İlham Əliyev Qurbanqulu Məlikquliyeviçin müdrik rəhbərliyi ilə ölkənin inkişaf etdiyini,abadlaşdığını vurğuladı və qeyd etdi ki, Türkmənistan əmin əllərdədir.
Mən də Azərbaycan Respublikasının vətəndaşı olaraq bu uğurlu addımları dəstəkləyir, hər zaman Prezidentimiz cənab İlham Əliyevin ağıllı siyasətini heyranlıqla və qürurla izləyirəm.
Ellada İbadova
Suraxanı rayonu, 285 nömrəli tam orta məktəbin tarix müəllimi
Sozcu.info