Azərbaycan-Türkmənistan münasibətləri barədə



Türk dünyasının mühüm mərkəzlərindən olan Azərbaycan, Türkmənistan və Özbəkistan qədim tarixi ortaq mədəniyyət dəyərləri və strateji mövqeləri ilə diqqət çəkirlər. Bu üç ölkə həm də siyasi, iqtisadi və mədəni baxımdan bir birinə sıx bağlıdır. İpək Yolu dövründən başlayaraq Xəzər hövzəsi vasitəsi ilə qurulan əlaqələr bu gün Orta Dəhliz kimi yeni strateji layihələrlə davam etdirilir. Hər üç ölkə ortaq türk kimliyinə, dilinə və mədəniyyətinə malikdir. Təhsil sahəsində tələbə mübadiləsi, elm və mədəniyyət festivalları əməkdaşlığı gücləndirir. Ortaq ədəbiyyat və folklor nümunələri xalqlar arasında qardaşlıq bağlarını möhkəmləndirir. 

        Bu xalqlar arasında münasibətlərin inkişafında Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin rolu danılmazdır. Azərbaycan xalqının Ümummilli Liderinin bütün çağırışlarının mahiyyətində bir məqsəd dayanırdı: Böyük bir ailəni xatırladan türk dünyasının birliyi təmin edilməlidir. Bu gün bu münasibətlər  Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən təqdir ediləcək səviyyədə inkişaf etdirilir. Azərbaycan Prezidentinin türk dünyası birliyi, həmrəyliyi və əməkdaşlığının möhkəmləndirilməsinə yönəlmiş fəaliyyəti digər türk dövlətləri tərəfindən də təqdir edilmiş və bu təqdirin ifadəsi kimi Prezident cənab İlham Əliyev 2021-ci ildə türk dünyasının ali ordeni ilə təltif edilmişdir.

Prezident cənab İlham Əliyevlə Türkmənistan Respublikası və Özbəkistan Respublikası Prezidentləri arasında yüksək səviyyəli görüş keçirilmişdir. Bu görüşün yekunlarına dair 2025-ci il 22 avqust tarixində Prezident bəyanat vermişdir. 

       Prezident cənab İlham Əliyev öz çıxışına başlamazdan əvvəl qardaş ölkə olan Türkmənistana yüksək səviyyəli görüşü təşkil etdiyinə görə öz dərin təşəkkürünü bildirmişdir. Bu görüşün özünün ikinci səfəri olduğunu qeyd edən Prezident cənab  İlham Əliyev bu ölkədə gedən inkişafı yüksək qiymətləndirmişdir. Ölkələrarası münasibətlərə diqqət çəkən  Prezident cənab İlham Əliyev bu gün imzalanan qardaşlaşma sənədinin bizim qardaşlığımızın rəmzi olduğunu qeyd etmişdir. Prezident cənab  İlham Əliyev qeyd etmişdir ki, daha əvvəl bu görüş Azərbaycanda daha dəqiq desək Qarabağ bölgəsində təşkil edilib və bir sıra məsələlər müzakirə edilmişdir. Əsas məsələ odur ki, Türkmənistan və Azərbaycan iki qardaş ölkə kimi bundan sonra da irəliyə gedəcək və əməkdaşlıq imkanları genişlənəcəkdir. 

       Füzulidə olarkən Qurbanqulu Məlikquliyeviç burada Türkmənistanın hədiyyəsi olan məscidin tikintisi ilə bağlı təklifi irəli sürmüşdür və Prezident cənab  İlham Əliyev də bu təklifi minnətdarlıqla qəbul etmişdir. Bu türkmən xalqının Azərbaycan xalqına dəstəyinin bariz nümunəsidir. 

Daha sonra Prezident cənab  İlham Əliyev bildirdi ki, yaxın günlərdə qardaşım Şavkat Miromonoviçi da eyni qardaşlıq hissi ilə qəbul etmişdim. Xankəndidə olarkən Şavkat Miromonoviçin təşəbbüsü ilə yaradılmış böyük tikiş fabrikinin fəaliyyəti ilə tanış olduq.Hazırda orada iki yüzdən çox insan çalışır. Onların mütləq əksəriyyəti qadınlardır. Bundan başqa Füzulidə dahi özbək mütəfəkkiri Mirzə Uluqbəyin adını daşıyan 960 şagird yerlik orta məktəbin timsalında da türk xalqlarının qardaşlığını gördük. O məktəb bizim iştirakımızla açılmışdır və artıq orada yüzlərlə gənc qarabağlı oxuyur, hər dəfə o məktəbin yanından keçəndə həm qardaş özbək xalqına, həm də onun lideri Şavkat Miromonoviçə minnətdarlıq hisslərini ifadə edir. 

Azərbaycan-Özbəkistan – Türkmənistan dostluğu yalnız ortaq tarixi keçmişə deyil, həm də gələcəyə əsaslanır. Hər üç xalqın birliyi türk dünyasının inteqrasiyasına, Orta Asiya ilə Qafqaz arasında strateji əməkdaşlığa güc qatır. Bu dostluq həm regionun sabitliyi, həm də xalqların rifahı üçün mühüm əhəmiyyət kəsb edir. Bu qardaş ölkələr 2020-ci ildəki Azərbaycanın Vətən müharibəsi dövründə öz dəstəklərini əsirgəməmiş və ədalətin bərpa olunmasında öz mənəvi dəstəklərini əsirgəməmişlər. Müharibədən sonrakı dövrdə Qarabağda olan bərpa işlərində öz qardaşlıq münasibətlərini göstərmişlər. 

Sonda Prezident İlham Əliyev bu görüşün xalqlar arasındakı dərin münasibətlərin inkişafına daha da təkan verəcəyindən əminliyini ifadə etmişdir. 

 

Könül Abdulxalıqova

Suraxanı rayonu, 118 nömrəli tam orta məktəbin tarix müəllimi 

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti