"Müdafiə Nazirliyi" "Müharibə Nazirliyi" olacaq

Sozcu.info xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın bu gün Müdafiə Nazirliyinin adının dəyişdirilməsi ilə bağlı fərman imzalayacağı gözlənilir.
Amerika mətbuatının Ağ Evin təmsilçisinə istinadla yaydığı xəbərə görə, qurum bundan sonra "Müharibə Nazirliyi" adlanacaq.
Mənbənin sözlərinə görə, dəyişikliklər təkcə adda yox, həm də rəmzlərdə özünü göstərəcək. Pentaqonun iclas zalı "hərbi qanad" adlandırılacaq. Rəsmi saytlarda və lövhələrdə də müvafiq dəyişikliklər aparılacaq.
Tramp avqustun 25-də jurnalistlərə açıqlamasında deyib: "Biz onu Müdafiə Nazirliyi adlandırırıq, amma adını dəyişdirməyə hazırlaşırıq".



Oxşar Xəbərlər

Xəbər lenti