17-09-2025, 13:59
16-09-2025, 13:04
10-09-2025, 10:22
18-08-2025, 13:24
4-08-2025, 08:32
Sozcu.info xəbər verir ki, Türkiyə Preidenti R.T.Ərdoğan Qəzza münaqişəsinin nizamlanması ilə əlaqədar təkliflərini ABŞ Prezidenti Donald Trampa təqdim etdiyini bəyan edib.Liderlərin söhbəti sentyabrın 25-də Ağ Evdə baş tutub.Türkiyə lideri Böyük Millət Məclisində, qanunvericilik ilinin açılışındakı çıxışı zamanı deyib: "ABŞ prezidenti Donald Trampla görüşümüz zamanı Qəzzada qan tökülməsinə son qoyulması məsələsi gündəmdə idi. Biz bu məsələ ilə bağlı təkliflərimizi irəli sürdük və mövcud vəziyyətdən çıxış yollarını qeyd etdik".Bazar ertəsi Tramp Qəzzadakı vəziyyətin həlli üçün 20 bəndlik planını açıqlayıb.Təklifdə girovların 72 saat ərzində azad edilməsi şərti ilə dərhal atəşkəs tələb olunur. Plan həmçinin Fələstinin HƏMAS hərəkatının və digər qrupların birbaşa və ya dolayı yolla Qəzzanın idarə olunmasında iştirak etməmək barədə razılığa gəlməsini nəzərdə tutur. ABŞ Prezidentinin tələbinə görə, zolağa nəzarət, Trampın özünün rəhbərlik etdiyi beynəlxalq qurumun nəzarət etdiyi texnokratik orqanlara verilməlidir.Dünya mətbuatında dərc olunan xəbərlərdə Qətər, Misir və Türkiyənin Fələstinin HƏMAS hərəkatını Trampın planını qəbul etməyə çağırdıqları bildirilir.