Tramp Putinlə görüşünü niyə ləğv etdiyini açıqladı


ABŞ Prezidenti Donald Tramp Budapeştdə rusiyalı həmkarı Vladimir Putinlə görüşünü ləğv etdiyini açıqlayıb.

Sozcu.info xəbər verir ki, dövlət başçısı Rusiyaya qarşı sanksiyaların vaxtının yetişdiyini bildirib.

"Məndə elə təəssürat yarandı ki, istədiyimiz məqsədə çatmayacağıq, amma gələcəkdə görüşəcəyik", - ABŞ lideri bəyan edib.

Tramp, həmçinin Rusiyaya qarşı yeni sanksiyaların uzun müddət qüvvədə olmayacağına ümid etdiyini deyib.

Ukraynaya "Tomahavk" raketlərinin verilməsinə gəlincə, Ağ Ev rəhbərinin sözlərinə görə, bu raketlərdən necə istifadə edildiyini yalnız ABŞ bilir və başqalarına öyrətmək niyyətində deyil.

Oxu.az



Oxşar Xəbərlər

Xəbər lenti