16-06-2026, 09:32
15-06-2026, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb.
Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial media hesabında yazıb.
Onun sözlərinə görə, Türkiyə lideri 8 noyabr Zəfər Günü münasibətilə Bakıda keçiriləcək tədbirdə iştirak etmək üçün Azərbaycana səfər edəcək:
"Səfər çərçivəsində Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyev və mərasimdə iştirak edəcək Pakistanın Baş naziri Şahbaz Şəriflə ikitərəfli, regional və qlobal məsələlər barədə görüşlər keçirməsi də nəzərdə tutulur". \\Ölkə.az