5-05-2026, 23:48
28-04-2026, 12:14
22-04-2026, 13:21
17-04-2026, 19:33
15-04-2026, 23:31
Siyasi elmlər doktoru, alim, politoloq Elşad Mirbəşiroğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində fevral ayının 14-də “France 24” kanalının müxbirinin suallarına cavab verərkən bildirdi ki, Azərbaycan xalqına qarşı separatçılar tərəfindən olduqca ağır qanlı cinayətlər törədilib: “Ölkə başçısı “Nürnberq” prosesini də xatırlatdı. “Nürnberq” prosesi tarixdə ən qanlı, insanlığa qarşı ən qanlı cinayəti törətmiş faşistlərə münasibətdə bir prosesdir. Bu proses nəticəsində də bu cinayətkarlar layiq olduqları cəzanı alıblar”.
Elşad Mirbəşiroğlu qeyd edib ki, ölkə başçısı “Nürnberq” prosesi ilə Bakıda erməni separatçıları ilə bağlı aparılan məhkəmə prosesini müqayisə etməklə, beynəlxalq ictimaiyyətin diqqətinə Azərbaycan ərazisində bu separatçıların nə dərəcədə ağır qanlı cinayətləri Azərbaycan xalqına qarşı törətdiklərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmış oldu. Politoloq hesab edir ki, ölkə prezidenti bu cür uğurlu müqayisəni aparmaqla informasiya mübarizəsində mövqelərimizi əhəmiyyətli dərəcədə daha da möhkəmləndirmiş oldu. Elşad Mirbəşiroğlu vurğulayıb ki, ayrı-ayrı hallarda yenə də həqiqətlərin təhrif olunması cəhdləri edilməkdədir, biz bunu müşahidə edirdik.
“Azərbaycanın dövlət təhlükəsizliyinə ciddi təhdidlər yaradan separatçıların müdafiəsi istiqamətində müəyyən səylər göstərilməkdədir. Ölkə prezidenti bizim haqlı, ədalətli addımlarımızı bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmış oldu. Həm “France 24” kifayət qədər nüfuzlu, informasiya vasitəsidir, həm də Münhen Təhlükəsizlik Konfransı kifayət qədər mötəbər bir platformadır. Ölkə prezidenti vurğuladı ki, təqsirləndirilən və cinayətləri sübuta yetirilən separatçıların hər biri vəkillə təmin olunub və onların törətdikləri cinayətlər çoxsaylı şahid ifadələri əsasında sübuta yetirilib”-deyə politoloq bildirib.
“Kifayət qədər dəlil-sübut mövcuddur ki, separatçılar Azərbaycan ərazilərində xalqımıza qarşı sistemli şəkildə, etnik təmizləmə, terror cinayətlərini həyata keçiriblər. Bununla yanaşı, tarixi, mədəni irsinə qarşı terror aktları həyata keçiriblər. Azərbaycanın maddi-mədəni, tarixi irsini də sistemli şəkildə məhv ediblər. Beynəlxalq informasiya məkanında Azərbaycan tərəfi çox ciddi dəlil və sübutlarla nümayiş etdirib ki, Ermənistan tərəfindən Azərbaycan torpaqları işğal altında saxladığı dövrdə Azərbaycanın maddi-mədəni irsi çox ağır terrora məruz qalıb. Sözün əsl mənasında, sistemli şəkildə məhv edilib. Eyni zamanda, Azərbaycanın sərvətləri də mənimsənilib. Bu da əsasən, rejimin mövcud olduğu ərazilərdə işğal altında olan ərazilərdə sistemli xarakter alıb. Sərvətlərimiz qanunsuz olaraq dünya bazarlarına çıxarılıb. Bunların özü də ayrıca bir cinayətdir. Bununla bağlı bu gün Azərbaycana qarşı hər hansı bir iradın irəli sürülməsi üçün heç bir əsas yoxdur.
ABŞ prezidenti də, ölkə prezidenti cənab İlham Əliyev də bu məsələyə toxundu və bildirdi ki, ABŞ vitse prezidenti J.D. Vens ölkəmizdə səfərdə olan zaman bu məsələ ətrafında müzakirə aparılıb və ölkə prezidenti Azərbaycanın mövqeyini çatdırıb. Bundan sonra da ikitərəfli münasibətlər müzakirə olunub. Bu da o deməkdir ki, Amerika Birləşmiş Ştatları üçün Cənubi Qafqaz regionunun aparıcı həm siyasi, həm iqtisadi gücü olan Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərini inkişaf etdirmək vacibdir, prioritetdir. Azərbaycan prezidenti də bir daha bizim haqlı mövqelərimizi ABŞ-ın vitse prezidentinin diqqətinə çatdırmaqla onda daha aydın təsəvvürlər formalaşdırıb”-deyə Elşad Mirbəşiroğlu vurğulayıb.
İradə Cəlil, Bizimyol.info