Fərhad Məmmədov: “Paşinyanın “korrupsiya ilə mübarizə”sinə Avropa İttifaqı etimad göstərmir”

Fərhad Məmmədov: “Paşinyanın “korrupsiya ilə mübarizə”sinə Avropa İttifaqı etimad göstərmir”

 

"Nikol Paşinyanın Ermənistanda guya demokratik respublikanın qurulması ilə bağlı bəyanatı, Avropaya hazırki vəziyyəti sübut etməsidir.  
Belə ki, onu rəhbərliyi ilə "korrupsiya ilə mübarizə” və digər addımlar Avropa İttifaqı tərəfindən etimad göstərilmir. Çünki hər kəs əsas məsələnin hökumətin formalaşmasında  görür. Bu isə növbədənkənar parlament seçkilərindən sonra baş tuta bilər”
.

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov Ermənistan baş nazirinin Azərbaycanla bağlı dediklərini şərh edərkən bildirib.

SAM rəhbərinin sözlərinə görə, hazırda Ermənistanın rəsmi koalisiyasında "Çiçəklənən Ermənistan” partiyası dayanır ki, bu da Avropa ölkələrində etibar yaratmır. Belə ki, partiyanın rəhbəri əvvəlki rejimlə əlaqəsi olan oliqarx Qaqik Sarukyandır:

"Buna görə də, Paşinyan əvvəlki hökumətdən fərqlənməsi üçün "demokratikləşmə və korrpusiya ilə mübarizə” rolunu oynamalıdır. Bununla da Aİ tərəfindən "demokratik islahatların” aparılması üçün maliyyə yardımı ala bilsin. Paşinyan sadəcə Ermənistanı Cənubi Qafqazda demokratiklik sahənin lideri kimi göstərmək istəyir”.

SAM rəhbərinin sözlərinə görə, Paşinyanın Brüsseldə "Dağlıq Qarabağın özünütəyinetmə” ilə bağlı səsləndirdiyi bəyanat əvvəlki hökumət rəhbərləri Robert Koçaryan, Serj Sarkisyanın köhnə tezislərinin bir hissəsidir: "Dağlıq Qarabağ münaqişəsilə bağlı yeganə həll yolu beynəlxalq hüquq bazası – münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədir. Danışıqlar beynəlxalq hüquqi sənədlər əsasında aparılmalıdır. Danışıqların başlanması kimi, Azərbaycanın işğal olunmuş ərazilərindən qoşunların çıxarılmasıdır. Daha sonra isə Dağlıq Qarabağən statusu ilə bağlı müzakirələrdir. Bunu Azərbaycan tərəfi dəfələrlə bəyan edib”. (1news.az)



Oxşar Xəbərlər

Xəbər lenti