8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla "əvvəllər bir-birlərini yaxşı başa düşdüklərini” deyib. Amma bildirib ki, Ərdoğanın rahib Brunsonu azadlığa buraxmaqdan imtina etməsi "qorxunc səhv” oldu.
Trampın sözlərinə görə, o Ərdoğanla anlaşma əldə etmişdi. Həmin anlaşma çərçivəsində ABŞ prezidenti İsraildə həbsdə olan bir Türkiyə vətəndaşının azadlığa buraxılmasını təmin edib. Bunun əvəzində Ərdoğanın rahib Brunsonu azadlığa buraxacağını gözləyib.
"Onun üçün (Ərdoğan nəzərdə tutulur) həmin Türkiyə vətəndaşının azadlığa buraxılmasını təmin etdim. Onun da (Ərdoğanın) bu məsum və mükəmməl insanı, möhtəşəm ata və gözəl xristian olan o adamı (Brunsonu) Türkiyədən buraxmasını gözlədim”-Tramp anlaşma barədə deyib.
ABŞ prezidenti əlavə edib ki, Türkiyənin hərəkətləri "çox məyusedicidir” . "Mən onların dəhşətli səhvə yol verdiklərini düşünürəm. Hər hansı güzəşt olmayacaq”-Tramp vurğulayıb.
Trampın bəhs etdiyi anlaşma İsraildə həbsdə olan Türkiyə vətəndaşı Ebru Özkanla bağlıdır. ABŞ prezidenti onun azadlığa buraxılmasını İsrail baş naziri Benyamin Netanyahudan xahiş edib. Nəticədə həmin şəxs həbsxanadan buraxılaraq Türkiyəyə deportasiya olunub.
Rahib Brunson Türkiyədə PKK və FETÖ terror təşkilaları ilə əlaqədə ittiham olunaraq həbs edilib, hazırda ev dustaqlığındadır. Amerika tərəfi onun tamamilə günahsız olduğunu bildrir. Türkiyə tərəfi isə Brunsonu Fətullah Gülənlə dəyişmək cəhdləri edir.
ABŞ prezidenti onu da deyib ki, Türkiyəyə qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların başqa ölkələrin iqtisadiyyatına təsirindən narahat deyil. "Heç narahat deyiləm, bu düzgün addım idi”-o bildirib.
Tramp deyib ki, Amerika tərəfi daha Türkiyə ilə "bazarlıq” etməyəcək və hər hansı güzəştlər müzakirə olunmayacaq. "Türkiyəni sevirəm, insanlarını çox sevirəm. Bu ana qədər bildiyiniz kimi prezidenti ilə də çox yaxşı münasibətlərim var idi. Onunla yaxşı anlaşırdıq. Amma bu birtərəfli ola bilməz. Artıq ABŞ tərəfdən birtərəfli yollar olmayacaq”-Tramp deyib.
Hazırda Türkiyədə Qurban bayramı tətili olduğu üçün banklar işləmir və dollar hərracları keçirilmir. Nəticədə ABŞ prezidentinin bu müsahibəsinin dolların məzənnəsinə təsiri minimaldır. Asiya və Avropa birjalarında dollar türk lirəsinə nisbətən cüzi bahalaşma meylləri nümayiş etdirir.