Azərbaycanda icbari tibbi sığorta: haqlar müəyyənləşdi + Rəqəmlər

 Azərbaycanda icbari tibbi sığorta üzrə sığorta haqları müəyyənləşib. 


Bu, "Tibbi sığorta haqqında” qanuna dəyişiklik barədə qanun layihəsində öz əksini tapıb.

Dəyişikliyə görə, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortalı tərəfindən işçinin əmək haqqının 8 000 manatdan yuxarı olan hissəsinə 0,5% tətbiq edilməklə, 2020-ci ildə hesablanmış əməyin ödənişi fondunun 1%-i, 2021-ci ildən etibarən hesablanmış əməyin ödənişi fondunun 2%-i; Neft-qaz sahəsində fəaliyyəti olan və qeyri-dövlət sektoruna aid edilən sığortalı tərəfindən işçinin əmək haqqının 8 000 manatdan yuxarı olan hissəsinə 0,5% tətbiq edilməklə, 8 000 manatadək (8 min manat da daxil daxil olmaqla) olan hissəsinin 2020-ci ildə 1%-i, 2021-ci ildən etibarən isə 2%-i; Neft-qaz sahəsində fəaliyyəti olan və qeyri-dövlət sektoruna aid edilən sığortalı tərəfindən işçinin əmək haqqının 8 000 manatdan yuxarı olan hissəsinə 0,5% tətbiq edilməklə, hesablanmış əməyin ödənişi fondunun 2%; Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən sığorta olunan tərəfindən işçinin əmək haqqının 8 000 manatdan yuxarı olan hissəsinə 0,5% tətbiq edilməklə, 8 000 manatadək (8 000 manat da daxil daxil olmaqla) olan hissəsinin 2%-i qədər icbari tibbi sığorta üzrə sığorta haqları müəyyən olunub.

Sənəd  Milli Məclisin bu gün keçirilən plenar iclasında I oxunuşda müzakirəyə çıxarılacaq/Report. 


Oxşar Xəbərlər

Xəbər lenti