8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycanda həkim səhlənkarlığı və ehtiyatsızlığı nəticəsində xəstəyə dəymiş zərər ödəniləcək.
Sozcu.info -un məlumatına görə, bu, Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənmiş "Sığorta sektorunun inkişafına dair 2019-2021-ci illər üçün Tədbirlər Planı”nda əksini tapıb.
Bununla əlaqədar, Maliyyə Bazarlarına Nəzarət Palatası, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Maliyyə Nazirliyinə 2019-2020-ci illər ərzində həkimlərin peşə məsuliyyətinin icbari sığortası növünün yaradılmasına dair qanun layihəsi hazırlamaq və təqdim etmək tapşırılıb.
Maliyyə Bazarlarına Nəzarət Palatası, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Maliyyə Nazirliyi qanun qəbul edildikdən sonra 2020-2021-ci illərdə həkim səhlənkarlığı və ehtiyatsızlığı nəticəsində xəstəyə dəymiş zərərin ödənilməsi mexanizminin tətbiq olunmasını təmin etməlidir./apa/