Bakıda “Mall”lar nə vaxt açılacaq? – RƏSMİ AÇIQLAMA

Bakıda “Mall”lar nə vaxt açılacaq? – RƏSMİ AÇIQLAMA

 

"Ticarət mərkəzlərinin mayın 11-dən açılıb-açılmayacağı bu həftə bilinəcək. Amma bugünkü statistika ürəkaçan deyil”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

Onun sözlərinə görə, mayın 11-də hansı qərar olacağı bundan asılıdır: "Rayonlarda ticarət mərkəzləri açılıb, amma bu bizə əsas vermir ki, arxayınlaşaq. Ticarət, ictimai iaşə müəssisələri barədə metodiki göstərişlər var. Həmin yerlərdə bu təlimatlara əmək etmək mütləqdir, əks halda neqativ statistika ilə üzləşirik. Bu isə yumşalmaya mane olur”.

İbrahim Məmmədov əlavə edib ki, metronun fəaliyyətinin bərpa edilməsi koronavirusla bağlı vəziyyətdən asılıdır. Mayın 11-nə doğru xəstəliklə bağlı tendensiyanın necə olacağı bununla bağlı qərar qəbul etməyə imkan verəcək. \\Pravda



Oxşar Xəbərlər

Xəbər lenti