8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Təhsil Nazirliyi koronavirusla əlaqədar ümumtəhsil müəssisələrində tədrisin mayın 31-dək dayandırılacağı barədə yayılan məlumatlara münasibət bildirib.
Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, sosial şəbəkələrdə Təhsil Nazirliyinin loqosundan istifadə etməklə ümumtəhsil müəssisələrində tətilin mayın 31-dək davam edəcəyi, tələbələrin bütün akademik borclarının ləğv ediləcəyi və imtahanlardan azad ediləcəyi barədə məlumatlar yayılıb:
"Lakin bu məlumatlar qeyri-ciddidir və düzgün deyil. Biz əhaliyə müraciət edərək bildiririk ki, yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inansınlar və belə məlumatlara əhəmiyyət verməsinlər. Tədrislə bağlı hər hansı yeni məlumat veriləcəyi təqdirdə bu barədə ictimaiyyətə rəsmi məlumat veriləcək".