550 mindən çox qaçqın öz yurduna qayıdıb
Azərbaycanda saytlar çökdü
Daha iki milli parkın hüquqi statusu müəyyənləşdi
İnsult keçirən Əhməd Orucun evi qarət edildi
Axtarışda olan şəxs Polşada saxlanılıb
“Həmkarlar”da növbədənkənar qurultay:
Sahib Məmmədov narahatdır
Prezident tələb etdi: Milli Məclis toplanır
“Məndən xəbərsiz adıma 3 şirkət açılıb, külli miqdarda vergi borcum yaranıb” -
Video
Sabiq nazir Səlim Müslümov barədə sensasion iddialar —
Avropada gizli mülklər tikdirilir?
Prezident onları təbrik etdi
Xankəndidə görülən işlər açıqlandı-
FOTO
Gələn ildən “ƏDV gerial” məbləği artırılır
Əvvəlki
Sonrakı
Qəzaya düşən təyyarədəki hərbçilərin sayı bilindi
11-11-2025, 20:04
Saxlanılan icra başçısının köməkçisi DANIŞDI
31-10-2025, 14:12
Ramiz Mehdiyevlə Əli Kərimlini birləşdirən “dəyər”
- Azərbaycanın ideoloji sərhədi xarici təsirlərdən azad olmalıdır
30-10-2025, 23:05
İcra başçısı ilə yanaşı onlar da HƏBS EDİLDİ
30-10-2025, 16:39
Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına “stop” qoyulub
-ÖZƏL
17-10-2025, 18:29
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
“TURQAY” MMC Səhiyyə Nazirliyinin tender monopolisti kimi
Bu tikinti şirkətinin bir daha nazirliyin tender əməliyyatlarında baş inhisarçıya çevriləcəyi, “tender kralı” olacağı bildirilir
Yalnız Masallı Mərkəzi Xəstəxanasına aid 12 milyonluq sensasion tender qalmaqalında, “Turqay”-ın arxasında duranlar, Baş həkim Cəlil Nəzərovla bərabər, bu büdcə pulunun yarıdan çoxunun “dalına keçiblər”. Hökumətin özünün də etirafına görə, ölkənin əksər dövlət strukturu korrupsiyaya bulaşıb və onların rəhbərləri talançılıqla məşğul olmaqdan çəkinmirlər. Hətta ölkənin araşdırmaçı jurnalistləri və bloggerləri də, apardıqları dərin araşdırmalarıyla, korrupsiya ilə məşğul olan belə vəzifə sahiblərinin kimliyini, onların qanunsuz əməllərini üzə çıxara bilirlər. Onlar dövlət büdcəsindən daha çox maliyyə alan Səhiyyə Nazirliyində belə xoşagəlməz halların olmasını da zaman içində üzə çıxararaq, sübut ediblər ki, büdcə hesabına maliyyələşdirilən əksər dövlət strukturlarında olduğu kimi, ölkənin səhiyyə sektorunda da, pullar aidiyyatı üzrə tam olaraq düzgün xərclənmir. Elə, bunun ucbatındandır ki, dövlətin səhiyyə sahəsinə ayırdığı yüksək məbləğdə pulun qarşılığında belə, ölkə səhiyyəsi ciddi problemlər içində çabalayır. Kiçik bir jurnalist araşdırması ilə də, ilkin olaraq, ildə milyonlarla manatlıq bu dövlət pulunun acı taleyinin olduğunu doğrulamaq mümkün olur, sonda isə, səhiyyə sisteminə rəhbərlik edən şəxslərin korrupsiya bataqlığının dərinliklərində ilişib qalmaları ucbatından ölkə səhiyyəsində xaosun hökm sürdüyü göz önünə gətirilir. Məhz buna görədir ki, ağır durumda olan səhiyyə sistemində korrupsiyanın hökm sürdüyü ölkə mətbuatında uzun illərdir əsas müzakirə predmetinə çevrilib. Konkret desək, media, istər paytaxt Bakının və digər iri şəhərlərin, istərsə də bölgələrin səhiyyə sistemlərində mövcud olan xoşagəlməz hallarla, sözügedən nazirliyin qeyri-şəffaf və korrupsiyalaşmış bir dövlət qurumu olduğunu açıq şəkildə ortaya qoya bilib.
Yeyintilərin Səhiyyə Nazirliyinin müəssisələrinin tenderlərlə həyata keçirilən təmir-tikinti işlərində daha çox olmasından, ölkə mətbuatı, təkzibolunmaz faktlara söykənən çox yazılar dərc edib. Buna baxmayaraq, nazirliyin bu önəmli işləri üçün dövlət büdcəsindən ayrılan həmin pul vəsaitlərinin hamısının yox, yalnız bir qisminin paytaxtda və bölgələrdə fəaliyyət göstərən tibbi müəssisələrinin təmir və tikintisinə xərclənməsi, yazılmayan bir qayda olaraq, günü bu günədək davam edir: Göz önündəki ciddi faktlar isə, korrupsiyaya aid qatı cinayətlərin birbaşa sübutudur. Ortadakı saysız-hesabsız bu neqativliklər mediada daim müzakirəyə çıxarılıb, əsaslı olaraq, ciddi tənqid atəşinə tutulsa da, bunun, indiyədək, müsbətə doğru bir nəticəsi olmayıb. Normal və azad rəqabət şəraitində deyil, xoşagəlməz məmur oliqarxiyası mühitində, fəaliyyətləri şübhəli təsir bağışlayan və tikinti sahəsində heç yerdə heç kəsin tanımadığı bir-iki tikinti şirkətinin, böyük bir dövlət qurumunun elan etdiyi çox sayda tenderləri udmaları adi hal kimi davam edib. Təbii ki, hansısa şirkətin normal və azad rəqabət şəraitində, eləcə də məmur oliqarxiyasından uzaq bir mühitdə çoxlu sayda tender qazanmasına adi hal kimi baxmaq olardı. Ancaq Azərbaycan reallıqlarında bu yöndən müəyyən edilən şərtlərin heç birinin olmaması, nüfuzları belə olmayan, hətta qaranlıq məqamlı fəaliyyətləri xoş təsir də bağışlamayan sözügedən həmin bir-iki şirkətin, rəsmi statistik göstəricilərə görə, milyard manatlar dəyərindəki tenderlərdə mütəmadi qalib gəlmələriylə bağlı ciddi şübhələrin yaranmasına əsas verir. Bu şübhələri, son vaxtlar, ölkənin Mədəniyyət Nazirliyində aparılan səs-küylü həbslər və həmin nazirliklə tender müqavilələri bağlayan şirkət rəhbərlərinin istintaqa verdikləri izahat və ifadələri belə daha da gücləndirir.
Araşdırmalar zamanı, Səhiyyə Nazirliyində milyonların necə mənimsənildiyini, yoxa çıxan büdcə pullarının ən çox hara getdiyini “Araz” Media Qrupunun tərkibindəki araz.az xəbər portalının əməkdaşları da müəyyənləşdirə biliblər. İlkin olaraq, nazirliyin fəaliyyəti ilə bağlı çoxsaylı korrupsiya faktları üzə çıxarmaq əməkdaşlarımıza asan başa gəlməsə də, sonda, onlara məlum olub ki, səhiyyə sistemində dəhşət doğuran mənimsəmə faktları, daha çox, dövlət satınalmaları və tenderlərlə bağlıdır. Əsas korrupsiya mənbəsi isə, nazirlik xətti ilə həyata keçirilən əsaslı tikinti və təmir işləridir. Uzun illər səhiyyə nazirliyinin tibb müəssisələrini, ünvanı və sahibi bilinməyən, eləcə də rəsmi qeydiyyat sənədlərində 10, ya 50 manatlıq tikinti qurumları kimi göstərilən bir-iki eyni şirkətin tikməsi və təmir etməsi, daha doğrusu, onların milyonluq təmir-tikinti tenderləri müsabiqələrinin qalibi olması da ondan xəbər verir ki, bu sahədə korrupsiya ağlasığmaz dərəcədə inkşaf edib. Və burada həyata keçirilən tender əməliyyatlarında dövlətin pullarını havaya sovurmaq heç bir vəzifə sahibini qorxutmayıb.
Maraqlıdır ki, ölkənin digər qurumlarında olduğu kimi, səhiyyə sisteminin hər sahəsinin də öz “tender kralı” var. Bu favoritlərin isə, bu və ya digər formada hansısa məmur-oliqarxa bağlı olduğu yuxarı dairələrdə heç kimə sirr deyil və onu da bilməyən yoxdur ki, səhiyyədə daha çox pul mənimsəmələri həm tibbi inventar, ləvazimat və avadanlıqların satınalınması, həm də səhiyyə müəssisələrinin tikinti və təmiri üzrə təyin olunan tenderlərin icrası zamanı baş verir. Bu yazımız da, Səhiyyə Nazirliyinin tikinti sektoruna aid həmin müəmmalı tender əməliyyatları barəsindədir və təbii ki, dövlət büdcəsindən bu məqsədlə ayrılan külli miqdarda pul vəsaitlərinin təmir və tikinti pərdəsi altında necə havaya sovrulduğunu tam təfsilatı ilə, oxucularımızın diqqətinə çatdırmışıq. Xüsusi olaraq, onu da vurğulamışıq ki, bu yöndən olan təmir-tikinti işlərini davamlı olaraq nazirliyin yüksək vəzifəli şəxslərinə yaxın az sayda tikinti qurumlarının həyata keçirməsi, daha doğrusu, Səhiyyə Nazirliyinin elan etdiyi qiymətli tikinti tenderləri müsabiqələrində, mütəmadi olaraq, ölkədə belə tanınmayan həmin şirkətlərin uzun zaman əsassız üstünlük qazanmalarının qaranlıq çox məqamları var.
Tikinti sahəsindəki hansısa yaxşı işlərinə görə özlərini tanıdıb, nüfuz qazana bilməyən, buna baxmayaraq, iri bir dövlət qurumunun — Səhiyyə Nazirliyinin rəhbər şəxslərinin dərin rəğbət və böyük etimadlarını qazana bilən həmin tikinti şirkətlərindən biri, elə, birincisi “Turqay” MMC olub. Həmin nazirliyin ümumi dəyəri milyard manatlarla ölçülən tikinti tenderi əməliyyatlarının əksəriyyətində, 2006-cı ildə təsis olunan bu MMC, nə az, nə çox, düz on il özünü qalib şirkətə çevirməyi bacarıb. Amma nə yolla, bax, bu, geniş və sensasion çox yazıların mövzusu olub. Həmin yazılardan açıq-aydın göründüyü kimi, ümumi dəyəri olduqca böyük rəqəmlərlə hesablanan bu qədər tenderin bir şirkətə verilməsi təsadüfi sayılmayıb. Çünki həmin yazıların çoxunda, “Turqay” MMC-yə havadarlığı səhiyyə naziri Oqtay Şirəliyevin lap yuxarı dairələrdəki nüfuzlu bir vəzifənin sahibi olan yaxın qohumunun etdiyi dəfələrlə vurğulanıb. Yazılarda qaldırılan iddialara görə, “Turqay”-ın, ölkənin səhiyyə sisteminin tikinti favoritinə çevrilməsində də, onu himayə edən və arxasında möhkəm duran həmin şəxslə, nazirliyin rəhbər şəxsləri arasındakı xoş münasibətlər xüsusi rol oynayıb. Şirkət rəhbərliyi məhz bu havadarının sayəsində uzun müddət milyonluq tenderlərin qalibi ola bilib. Həm də ona görə ki, “Turqay”-ın hesabına köçürülən bütün tender vəsaitlərinin üçdə bir hissəsi nağd şəkildə həmişə nazirliyin rəhbər şəxslərinə çatdırılıb.
Maraqlıdır ki, ortada, indiyədək, mətbuatın bu ciddi iddiasını təkzib edən hansısa bir məlumat belə olmayıb. Bu arxayınçılığa baxmayaraq, təmir-tikinti ilə bağlı nazirliyın elan etdiyi əksər tenderlərdə qalib gələn “Turqay”-ın, bu yöndən olan bütün işləri, uzun zaman, arxasında duranların istəklərinə uyğun olaraq gedib. Say-hesab baxımından götürdükdə, nazirliyin “Turqay”-la bu yöndən bağladığı müqavilələrinin sayı və dəyər məbləği də, digər şirkətlərlə müqayisədə çox böyük olub — bu, o vaxtların müsabiqə reyestrlərinə əsasən də öz təsdiqini tapır!
Səhiyyə Nazirliyindəki etibarlı mənbədən aldığımız son məlumatlara görə, uzun zaman bu nazirliyin elan etdiyi əksər tikinti tenderlərində müəmmalı şəkildə daha çox qalibə çevrilən, hətta dəstəkçisi olan həmin “gizli əlin” qurama oyunu ilə, bir müddət fəaliyyəti dayandırılaraq, meydandan yoxa çıxarılan, üstəlik, elə, onun tərəfindən də, barəsində hər hansı məlumatın ortaya çıxmasına imkan verilməyən, hətta bir ara rəsmi qeydiyyat sənədlərində göstərilən təsisçisinin belə həbs olunduğu deyilən “Turqay” MMC başqa adla yenidən meydana qayıdır. İndiyədək saytımıza verdiyi məlumatlarının dəqiqliyi heç vaxt şübhə doğurmayan mənbəmizin dediklərindən məlum olur ki, “Turqay”-ya əvvəllər hərtərəfli dəstək verən həmin “gizli əl”, güclü yeni bir təkanla, — başqa adla olsa da, — bu MMC-nin təzədən tender bazarına girməsi üçün çalışır. Yəni ki, o, “Turqay”-yı yenə də Səhiyyə Nazirliyinin “tender kralı”na çevirmək istəyindədir. Müəmmalı və qalmaqallı bu tikinti şirkəti rəhbərinin üzə çıxmasından sonra, hətta, nazirliyin bu işə məsul şəxsi də “Turqay”la bağlı yeni qərar qəbul edib və sahibinə ciddi tapşırıq verib ki, bundan sonra Səhiyyə Nazirliyinin yüksək dəyərli tenderlərini udması üçün, “Turqay” MMC-nin aktivləri əsasında, yeni bir tikinti qurumu təsis etsin.
Göründüyü kimi, bu, aldığımız son məlumatda daha çox maraq doğuran məqamların ən başlıcasıdır. Elə, bu və bu kimi digər ilginc məlumatlar da, araz.az-ı təkrar bu mövzuya qaytarmağımızın başlıca səbəbidir.
Xatırladaq ki, uzun zaman ölkənin səhiyyə sektorunda tender əməliyyatlarının baş inhisarçısı kimi adı keçərək, meydanda olan “Turqay” MMC-nin təsisçisi rəsmi qeydiyyat sənədlərində Tamerlan Yəhya oğlu Abbasov kimi göstərilib. Hətta, o, bir vaxtlar külli miqdarda vergidən yayınma ittihamı ilə saxlanıb və Sumqayıt şəhər məhkəməsinin hökmünə əsasən, Cinayət Məcəlləsinin 213.4 maddəsi ilə 1 il, 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Amma həbs müddəti bitər-bitməz, Tamerlan Abbasova dəstək verən həmin “gizli əl” onun təzədən tender bazarına girməsinə təkan verib. Beləcə, o,
məhkumluq həyatı yaşasa da, yenidən fəaliyyətini davam etdirib.
Ortadakı iddialara görə, Səhiyyə Nazirliyinin elan etdiyi tenderlərin əksəriyyətində müəmmalı şəkildə qalib elan olunan və tenderlər monopolisti adı qazanan “Turqay” MMC barəsindəki bu cinayət işinin motivi, ittihamların nədən ibarət olması haqda ictimaiyyətə səhih məlumat da verilməyib. Amma
“Turqay”-ın gördüyü qanunsuz işlərlə bağlı cinayət işinin açılması barədə məlumat yayan mətbu qaynaqlar, bu tikinti şirkətinin başı üzərində “qara buludlar” dolaşdığını, üzünün güldüyü günlərin çox çəkmədiyini və barəsində istintaq aparıldığını dönə-dönə iddia ediblər. Bildiriblər ki, cinayət işinin başlanmasını belə təxmin etmək olar ki, hansısa vergidən yayınma, mənimsəmə şübhələri var və istintaq təftiş etməkdədir; Vaxtından əvvəl azadlığa çıxsa da, bu halda Tamerlan Abbasovun üçün həbsxana qapılarının üzü yenidən görünməyə başlayır.
Elə, müəmmalı “Turqay” MMC üçün gərgin keçən həmin vaxtlar, media,
milyonlarla manatlıq tenderlərin əsas iştirakçısı və qalibi olan, lakin rəhbərliyi haqqında hər hansı bir məlumatın ortaya çıxmasına imkan verilməyən bu tikinti qurumunun əsl sahibinin kim olduğunu ortaya çıxara bildi. Məlum oldu ki, həmin şəxs Rafət Orucovdur və o, nazirliyin tender əməliyyatlarına məsul yüksək vəzifə sahibləri ilə bərabər, həmin “tender oyunlarında” dövləti “soğan kimi soymaqdan” çəkinmirlər. Bunun təsdiqi kimi, yalnız üç tender əməliyyatındakı külli miqdarda mənimsəmələri misal göstərmək kifayətdir. Hətta həmin əməliyyatlardan biri — Masallı Mərkəzi Xəstəxanasındakı 12 milyonluq “tender oyunu” daha sensasion və qalmaqallı olub. “Turqay”-ın arxasında duranlar, rayon səhiyyəsinin və xəstəxananın rəhbəri Cəlil Nəzərovla birləşərək, bu dövlət vəsaitinin yarıdan çoxunun “dalına keçiblər”. Xırdalandakı Abşeron Rayon Mərkəzi Xəstəxanasının tikintisi üçün ayrılan 11 milyon 933 min manat və Quba Mərkəzi Xəstəxanasının təmiri üçün nəzərdə tutulan 11 milyon 120 min manat büdcə pulları da, eyni acı taleyi yaşayıblar. Ümumiyyətlə, yalnız bir neçə ildə nazirliyin 5 milyard manata yaxın vəsaitini əhatə edən tenderlərinin qalibi elan olunan və dövlət satınalmalarının da həvalə olunduğu bu tikinti şirkətinin rəsmi internet ünvanı belə olmayıb.
Qeydiyyatsız bir firmaya milyardların tapşırılması, hansısa layihələrin icrasının onun öhdəsinə buraxılması isə, kifayət qədər riskli addımlardır və bunun acı nəticəsi göz qabağındadır — “Turqay” MMC-nin arxasında duranların səhiyyə naziri Oqtay Şirəliyevlə yaxın əlaqələri və yaxşı münasibətləri ucbatından, dövlət büdcəsindən nazirliyə ayrılan pullar “havaya sovrulur”.
Göründüyü kimi, səhiyyə nazirinin dərin rəğbət və böyük etimadını qazanan bu tikinti şirkəti ilə bağlı nə araz.az saytında, nə də ölkənin digər mətbu orqanlarında indiyədək ürəkaçan hər hansı bir məlumat yayılmayıb. Hətta on il öncə ölkənin rəsmi Dövlət Agentliyində — AZƏRTAC-da da, onun barəsində xüsusi heyrət doğuran yazı dərc edilib. Onda, bu agentlik, Vergilər Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinə istinadən, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin vergidən yayınma və qanunsuz sahibkarlıqla bağlı ortaya çıxardığı faktlardan bəhs edən məlumat yayıb və bildirib ki, buna görə, 43 cinayət işi başlanıb. Bunun ardınca cinayət törədən şirkətlərin adlarını, vergidən yayındırdıqları məbləğlərin miqdarına görə, siyahıda yuxarıdan aşağıya açıqlayıb. Həmin şirkətlərin siyahısında “Turqay” MMC-nin adı da, öndə olan şirkətlər arasında yazılıb. Şirkətin dövlət büdcəsinə ödəməkdən yayındırdığı məbləğ — 4 milyard 797,7 milyon manat isə, tükləri biz-biz edib. Həqiqətən də, tükürpədici bir rəqəmdir!
İndiyədək mətbuatda gedən bu və bu kimi yazıların qısa xülasəsi də, “Turqay” MMC adına törədilən cinayətlərin dəhşətindən xəbər verir. Xülasəni oxucularımızın diqqətinə də çatdıracağıq.
(Yazının davamı var)
Məhi ELSEVƏR,
araz.az-ın xüsusi müxbiri.
Oxşar Xəbərlər
Oqtay Əsədovun şirkəti 250 milyonluq tender qazanıb
Nazirin "Turqay" sevdası: 12 milyonluq qalmaqal
Hər gün 1 tender udan şirkət – Büdcə bu şirkətə axır
Baş prokurorluq büdcə oğrularının işini araşdıracaq
Xəbər lenti
Bu şəxslərə gələn ay 30 manat yardım veriləcək
550 mindən çox qaçqın öz yurduna qayıdıb
Azərbaycanda saytlar çökdü
Daha iki milli parkın hüquqi statusu müəyyənləşdi
İnsult keçirən Əhməd Orucun evi qarət edildi
Axtarışda olan şəxs Polşada saxlanılıb
“Həmkarlar”da növbədənkənar qurultay:
Sahib Məmmədov narahatdır
Sabahın hava proqnozu açıqlandı
Prezident tələb etdi: Milli Məclis toplanır
“Məndən xəbərsiz adıma 3 şirkət açılıb, külli miqdarda vergi borcum yaranıb” -
Video
Gələn ay əlilliyi olan şəxslərə birdəfəlik yardım veriləcək
Sabiq nazir Səlim Müslümov barədə sensasion iddialar —
Avropada gizli mülklər tikdirilir?
Prezident onları təbrik etdi
Xankəndidə görülən işlər açıqlandı-
FOTO
Gələn ildən “ƏDV gerial” məbləği artırılır
Saakaşvili Ukraynaya veriləcək? -
RƏSMİ AÇIQLAMA
Koronavirusdan sağalan insanların qanında qeyri-adi dəyişikliklər aşkar edildi
Ziya Məmmədovun ən sadiq kadrı yüksək vəzifəyə çəkildi -
FOTO
Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb
Kəllə-çarxa çıxan "komendant pulu": Milyardlarla vəsait bu bəhanəylə toplanılır...
Əli Həsənov danışdı:
“Həyat yoldaşım Ramiz Mehdiyevin arvadı ilə...”
“Xatirə İslam yalanları ilə kimi aldatmaq istəyir?” -
ŞOK AÇIQLAMA
İntim videolar çəkən FHN-in sabiq əməkdaşı Zaur Mirzəyev azadlığa çıxdı
Enerji İttifaqı və İdman Diplomatıyası: Gələcəyə Yönəlik Perspektivlər və Liderlərin Rolu
Qarabağın Bərpası: Qardaşlıq Jestinin Tarixi Əhəmiyyəti və Regional Əməkdaşlıq Dairəsi
İqtisadi Əməkdaşlıq və İnvestisiya Dinamikası: 500 Milyon Dollarlıq Fond və Yaşıl Enerji Perspektivləri
Orta Dəhlizin Strateji Uğuru: Azərbaycanın Regional Logistika Qovşağı Rolu və Özbəkistanla Nəqliyyat İttifaqı
Azərbaycan-Özbəkistan Strateji Müttəfiqliyi: Ortaq Tarixdən Qlobal Partnyorluğa Yüksələn Münasibətlər
Bu rayonda boşanmalar REKORD VURDU
Bir sorğuya 107 min xərclənəcəyi xəbərinə -
Nazirdən reaksiya
Rusiyada tutulan azərbaycanlı ölkəyə gətirildi
Mirzoyan ABŞ dövlət katibinin müavini ilə "Tramp marşrutu"nu müzakirə edib
Vasif Talıbovun əsas kadrlarından biri Bakıda yeni vəzifəyə təyin olundu
Keçmiş Baş nazirə ölüm cəzası kəsildi
Azərbaycanda Baş nazirin birinci müavini istefa ərizəsi yazdı
Xaricdə yaşayan gürcüstanlıların seçkilərdə iştirak qaydaları dəyişdirləcək
Şükürovdan AFFA-ya ittiham:
Uşaqları bədbəxt etdilər...
Yadigar Muradovun beyninə qan sızıb
Bakı Hərbi Məhkəməsinə yeni hakimlər ezam olundu
Ad gününü Bakıda yox, Londonda keçirib...
Nazirdən bu avtomobillərlə bağlı yeni qərar...
Azərbaycanın ən böyük göllərindən biri quruyur:
Ekoloqlar həyəcan təbili çalır
Binəqədidə avtomobil qaçıran və evdən oğurluq edən şəxsləri polis saxladı
Asiya İnkişaf Bankının prezidenti “Veysəloğlu”nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış olub
-Foto
Yaşar Nurinin qızının ölüm səbəbi bilindi
Bu ərazi Rusiya ordusunun nəzarətinə keçdi
Bakıda "Rənc Rover"in sürücüsü piyadanı vurub öldürdü
Daşkənddə İlham Əliyevin Özbəkistan prezidenti ilə təkbətək görüşü oldu -
FOTO
Gələn həftə məhkəməyə verəcəyini açıqladı
İki maşın toqquşdu, biri parçalandı -
VİDEO
PRİZMA
12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü
MÜSAHİBƏ
1
2
3
4
5
6
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
Himnimizin müəllifi kimdir?
-MÜSAHİBƏ
“İnsanın kim olduğu deyil, kim olmağa qərar verdiyi önəmlidir”
- MÜSAHİBƏ
Müxalifətin yeni parlamenti boykot cəhdləri hüquqi nəticə verməyəcək
44 günlük müharibədə ona görə qalib gəldik ki, Rusiya...
“Mən birlik layihələrinin könüllüsüyəm"
– CƏLAL QURBANOV
TƏHLİL
Azər Məmmədov: “Ölkə Prezidentinin Hərbi paradda səsləndirdiyi fikirlər Azərbaycanın dövlətçilik fəlsəfəsinə dair dərin siyasi mesajlar daşıyırdı”
SOSİAL
1
2
3
4
5
6
Bu şəxslərə gələn ay 30 manat yardım veriləcək
Sabahın hava proqnozu açıqlandı
Gələn ay əlilliyi olan şəxslərə birdəfəlik yardım veriləcək
Kəllə-çarxa çıxan "komendant pulu": Milyardlarla vəsait bu bəhanəylə toplanılır...
“Xatirə İslam yalanları ilə kimi aldatmaq istəyir?” -
ŞOK AÇIQLAMA
Bu rayonda boşanmalar REKORD VURDU