Azərbaycanda gənc xanəndə vəfat etdi

Gənc azərbaycanlı xanəndə Tuqay İsmayılov vəfat edib.
Bu barədə Sozcu.info-ya kamança ifaçısı Pərviz Fərhadov məlumat verib. Xanəndənin dəqiq ölüm səbəbi açıqlanmasa da, bir həftəyə yaxındır ki, o, özünü narahat hiss edib. 1986-cı il təvəllüdlü müğənninin vəziyyəti bu gün səhər saatlarından ağırlaşıb. 
Ehtimal edilir ki, T. İsmayılov koronavirusdan dünyasını dəyişib. 
Qeyd edək ki, gənc müğənni yüksək səs diapazonuna görə son dövrlərdə populyarlıq qazanmışdı.


Oxşar Xəbərlər

Xəbər lenti