Azərbaycanda daha bir məktəb koronavirusa görə BAĞLANDI

Samux rayonunda koronavirus səbəbindən bir orta məktəb distant təhsilə keçib.
Sozcu.info BAKU.WS-ə istinadən xəbər verir ki, rayonun İnistut qəsəbəsində fəaliyyət göstərən orta məktəbin 4 şagirdi, 6 müəllimi və 1 texniki işçisində koronavirus infeksiyası aşkar olunub.
Qərara əsasən, məktəbdə əyani tədris 14 gün müddətinə dayandırılıb.
Məlumat üçün bildirək ki, məktəbdə 974 şagird təhsil alır. Tədris müəssisəsində 108 müəllim və 24 texniki işçi çalışır.


Oxşar Xəbərlər

Xəbər lenti