Mahir Emreli "Legiya"da məşqə çıxmadı

Polşanın "Legiya" klubunda çıxış edən millimizin hücumçusu Mahir Emreli komandanın ötən gün keçirilən məşqində iştirak etməyib.
Sozcu.info Polşa mətbuatına istinadən xəbər verir ki, Mahirlə yanaşı, braziliyalı yarımmüdafiəçi Lukinyas da məşqə qatılmayıb.
Onların çempionatın son turunda Plotsk "Visla"sına məğlubiyyətdən (0:1) sonra azarkeş hücumu nəticəsində xəsarət aldıqları üçün məşqə çıxmadıqları bildirilib.
Xatırladaq ki, "Legiya" fanatları "Vilsla" ilə oyundan sonra Varşava təmsilçisinin avtobusuna girərək futbolçula hücum edib.


Oxşar Xəbərlər

Xəbər lenti