"Qazax Konserv Zavodu" ləğv olunur

"Qazax Konserv Zavodu" ASC ləğv olunduğunu elan edib.
Sozcu.info bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Qazax rayonu, Əliağa Şıxlinski küçəsi, ev 105 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, "Qazax Konserv Zavodu” 1998-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 1,158 milyon manatdır. “Azərsun Holdinq” MMC-yə məxsus müəssisə ötən ili 429 min manat zərərlə başa vurub.


Oxşar Xəbərlər

Xəbər lenti