Bakıda TIR sürücülərinin məmurlara etirazı: Üzərində şüar yazılan aparıldı, digərləri isə...- FOTOLAR

Gecə saatlarından etibarən yolu bağlayan 4 yük maşını hələ də Heydər Əliyev prospektində hərəkətin iflic olmasına səbəbdir. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşalrı gəlib. Amma yük maşınlarından biri nasaz olduğu üçün ərazidən çıxarıla bilmir.
Sozcu.info-un hadisə yerində olan əməkdaşı xəbər verir ki, “R-Group” şirkətinin sürücüləri Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev və şöbə müdiri Malik Əliyevə etiraz edirlər.
TIR-lardan birinin üzərinə sürücüləri bu həddə çatdıran məmurların adı yazılıb və əlavə edilib: “İcazə vərəqələrini verin. Məhsullar xarab olmaq üzrədir. Müflis olmuşuq!”
Dövlət Yol Polisi İdarəsinin əməkdaşları yolda hərəkəti tam bərpa etməyə çalışır. Hadisə yerinə Dövlət Gömrük Komitəsinin əməkdaşları da gəlib.
Hadisə yerindən ilk olaraq üzərində məmurlara etiraz şüarı yazılan TIR çxıarılıb. Digər yük maşınları isə hələ də Heydər Əliyev prospektindədir.


Oxşar Xəbərlər

Xəbər lenti