Azərbaycanda son sutkada 40 389 nəfər peyvənd olunub

Azərbaycanda son bir gündə koronavirus (COVID-19) əleyhinə 40 389 vaksin vurulub. 
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan  Sozcu.info-ya verilən məlumatda bildirilib.
Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 958, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 973, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 33 311, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 2 156-dır.
Vurulan vaksinlərin ümumi sayı 12 828 076, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 288 297, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 777 007, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 566 634, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 196 138 nəfər təşkil edir.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}