Buğdanın qiyməti son 14 ilin ən yüksək səviyyəsinə qalxıb

Çikaqo birjasında buğda fyuçersləri 6%-dən çox artaraq 14 ilin ən yüksək səviyyəsinə çatıb.
Sozcu.info UNİAN-a istinadən xəbər verir ki, Ukraynada müharibə başlayandan sonra buğda bazarı 40%-dən çox artıb ki, bu da müşahidələr tarixində taxıl məhsulları üçün ən yüksək artım olub. Martın 7-də bazar 2008-ci ildən bəri maksimuma çatıb – 1 buşel 12,6 ABŞ dollarına və ya 1 kq 0,46 ABŞ dollarına bərabər olub.
2022-ci il martın 7-də qarğıdalı və soya kotirovkaları 2,7% və 2,1% artaraq müvafiq olaraq 7,75 dollar/buşel və 16,95 dollar/buşelə çatıb. Bu məhsulların qiymətləri 2012-ci ilin sentyabrından bəri ən yüksək səviyyədədir.
Qeyd edək ki, dünya buğda ixracının təxminən üçdə biri, eləcə də qarğıdalı ixracının 19%-i Ukrayna və Rusiyanın payına düşür.


Oxşar Xəbərlər

Xəbər lenti