Dünən, 21:32
Dünən, 01:18
26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
Sentyabrın 6-dan oktyabrın 1-dək Bənövşəyi xəttin stansiyaları girişə saat 23:30-da bağlanacaq.
Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar məmmədov bildirib.
Onun sözlərinə görə Bənövşəyi xəttin “Xocəsən-Avtovağzal” sahəsində qatarların hərəkətinin təşkilinə dair işlərə başlanılır.
Bununla əlaqədar sentyabrın 6-dan oktyabr ayının 1-nə qədər saat 23:30-da Bənövşəyi xəttin stansiyaları (“Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr”) sərnişinlərin girişinə bağlanacaq və qatarların hərəkəti məhdudlaşdırılacaq.
Bizim.Media