İş və təhsil dalınca Polşaya: Gəncləri ora cəlb edən nədir? -Aktual

Son illər gənclərimiz xarici ölkələrdə təhsil almağa maraq göstərirlər.

Bu il ölkəmizdə keçirilən qəbul imtahanları zamanı IV ixtisas qrupu üzrə ən yüksək bal toplamış abituriyent də təhsil üçün Türkiyə Cümhuriyyətini seçib.

Qəbul imtahanında 700 bal toplayan Nigar Ağazadə burs qazanaraq Ankara Universitetinin Tibb fakültəsinə qəbul olduğnu açıqlayıb. O, bakalavrı bitirdikdən sonra təhsilini Almaniyada davam etdirəcəyini vurğulayıb.

Azərbaycanda belə nümunələr çoxdur. Xüsusilə, ölkəmzidə bakalavr təhsili alanlar təhsillərini davam etdirmək üçün xarici ölkələrə mürcaiət edirlər.

Bu müraciətlər sırasında Polşa ilk yerlərdə durur. Bunu Polşanın Azərbaycandakı səfiri Rafal Poborski də təsdiqləyib. O, çox sayda azərbaycanlı gəncin təhsil almaq üçün Polşanı seçdiyini qeyd edib:

"Məzunlara Polşa universitetlərinin yüksək qiymətləndirilən diplomu verilir. Əvvəllər mənim Azərbaycanın təhsil naziri ilə səmərəli görüşüm olub və bu görüşdə təhsil sahəsində əlaqələrimizin inkişafını və yeni imkanları müzakirə etmişik. Bu sahədə əməkdaşlığımızın dərin kökləri var: XX əsrin əvvəllərində Polşa alimləri Bakıda fəal işləyiblər”.

Maraqlıdır, bunun xüsusi səbəbi varmı? Polşa universitetlərindəki təhsil gənclərə nə vəd edir? Dia.az-ın məlumatına görə, mövzu ilə bağlı Cebhe.info-ya danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, Polşada qəbul şərtləri daha sadədir:

“Hazırda Azərbaycandan kənarda təhsil alanların sayı durmadan artır. Polşa burada ilk yerlərdədi. Xüsusilə, Polşaya gedənlər daha çox magistr təhsili üçün gedirlər. Bunun bir neçə səbəbi var.

Birincisi, Polşada ali təhsil müəssisələrinin kifayət qədər qəbul şərtlərinin sadə olmasıdır. Varşava və digər şəhərlərdə daha sadə şərtlərlə qəbul həyata keçirilə bilir. Eyni zamanda, digər ölkələrlə müqayisədə təhsil haqqı da daha münasibdir. Polşa təqaüd sahəsində daha geniş imkanlara malikdir. Burada təqaüd imkanlarının kifayət qədər çox olması, univeristetlərin dünya reytinqində yer alması azərbaycanlıların mütraciət etmə sayına müsbət təsir göstərir.

Bir neçə il əvvəl indiki qədər Polşaya müraciət yox idi. İndi isə Azərbaycandan kənarda bakalavr təhsili alıb, bitirənlər nüfuzlu universitetlər baxımından Polşa universitetlərini daha çox seçirlər. Orada təhsil haqqının aşağı olması, təqaüd imkanlarının çoxluğu, eyni zamanda, iş imkanlarının geniş olması tələbələri bu ölkəni seçməyə gətirib çıxarır”.

Ekspert Polşada təhsil alanların diplomlarının ölkəmizdə tanınmasında heç bir maneə yoxdur:

“Təhsilin keyfiyyəti də kifayət qədər yaxşıdır. Həmin universitetlərdə təhsilin keyfiyyəti Şərqi Avropa, dünya standartlarına uyğundur. Polşa universitetlərinin hamısının diplomları bizim ölkədə tanınır. Polşa, Avstiya, Macarıstan, Estoniyanın universitetlərinin diplomları 21 gün ərzində heç bir maneə olmadan ölkəmizdə təsdiq olunur”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}