12-01-2025, 15:28
11-01-2025, 19:35
7-01-2025, 22:26
29-12-2024, 15:22
28-12-2024, 19:14
metodu əsasında əmək pensiyaçılarının pensiyaları hesablansın. Yəni qulluq stajına görə əlavə alan əmək pensiyaçılarının pensiyasına 3-5 ildən bir əlavə edilirdisə və onların pensiyaları artırdısa, yeni indeksasiya metoduna keçiddən sonra hər ilin əvvəlində qulluq əlavəsi alan şəxslərin də pensiyası digər şəxslərin pensiyası kimi indeksləşdirilərək artırılacaq. Yəni qulluq stajına görə əlavə almaq hüququ olan şəxslərin pensiyası hər il indeksasiya ediləcək, əvvəlki metoda nisbətən indi daha çox artacaq, onların sosial rifahı yaxşılaşmış olacaq.
Pensiya artımlarında vahid indeksasiyanın tətbiq edilməsi pensiyaların inflyasiya təsirlərindən qorunmasını təmin edən dünyada geniş tətbiq edilən bir mexanizmdir.
Bundan sonra Azərbaycanda da əmək pensiyaları hesablanacaq. Vahid indeksasiya metodu ilə hesablama infilyasiyanın nəzərə alınmasına imkan verəcək ki, bu da çox önəmli bir məsələdir. Bu mütərəqqi bir addımdır və pensiyaçılrımızın sosial rifahının yaxşılaşdırılmasına yönəldilib”, - deyə deputat əlavə edib.
Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklər Milli Məclisin plenar iclasında birinci oxunuşda qəbul edilib.