Süni ürək köçürüldü – sağdır, amma nəbzi yoxdur

Sozcu.info “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Almatı şəhərindən olan həkimlər ilk dəfə süni ürək köçürülməsi əməliyyatı aparıblar. Bu barədə məlumatı Almatı telekanalı verib.

Artıq iki il ürək çatışmazlığından əziyyət çəkən 60 yaşlı Qappar Kaliyevə yeni ürək köçürülüb.

Qazaxıstanın Kardiologiya Elmi Tədqiqat İnstitutunun Ürək Cərrahiyyəsi şöbəsinin müdiri Rüstəm Tuleutayev deyib: “Dərman müalicəsi artıq kömək etmirdi. Xəstəyə əlavə dəstək lazım idi. Ona görə də köməkçi qurğu implant edilməsi zəruri oldu – bu, süni sol mədəcikdir, yəni mexaniki nasosdur. Onu yerləşdirdik. Regionumuzda belə əməliyyat ilk dəfə aparılır”.

Batareya ölçüsündə olan nasos aorta ilə sol ürək mədəciyini birləşdirir. Qeyd edək ki, süni ürək köçürülmüş xəstənin nəbzi yoxdur.



Oxşar Xəbərlər

Xəbər lenti