"Məsafə saxlayın, maska taxın..." - Həkim qripdən qorunmaq YOLLARINI GÖSTƏRİR

Havaların soyuması ilə xəstəxanalara qriplə müraciət edənlərin sayı artıb
Bəs bu epidemiya günlərində qripə yoluxmamaq və immuniteti gücləndirmək üçün nə etmək lazımdır?
Sozcu.info xəbər verir ki , mütəxəssislər bununla bağlı gigiyena qaydasına diqqət çəkirlər. Qeyd olunur ki, insanların çox olduğu yerlərdən mümkün qədər uzaq olmaq lazımdır. İctimai nəqliyyatda mümkün qədər maskalardan istifadə edilməlidir.
Mütəxəssislərin sözlərinə görə, qidalanmaya fikir vermək də önəmlidir: “İmmunitet sistemini gücləndirmək və xüsusilə qrip infeksiyalarına qarşı müqavimət qazanmaq üçün C vitamini ilə zəngin qidalara müraciət etməliyik. Bu yaşıl böyük yarpaqlı tərəvəzlər və ya zerdeçal, limon, zəncəfildən hazırlana bilən xüsusi sıxılmış şirə ola bilər. Bibər və sarımsaq həyatınızdan əskik olmayan məhsullar arasındadır”.
Tibb elmləri doktoru Adil Qeybulla Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, kəskin respirator viruslardan birmənalı olaraq qorunmaq lazımdır: "Xüsusən də, məsafə gözləmək, maska taxmaq, immun sistemini normal vəziyyətdə saxlamaq, fiziki aktivliyə diqqət eləmək, açıq havada gəzmək lazımdır”.
Onun sözlərinə görə, bütün bunların hamısı bu xəstəlikdən qorunmaq üçün müəyyən şanslar yaradır.
A.Qeybulla bildirib ki, amma istənilən halda, bu infeksiyalar hər fəsildə xeyli insanı əhatə edir: “Yoluxan insanlar mümkün qədər müəyyən qaydalara riyaət etməyə çalışmalıdırlar. Yəni, yataq rejiminə keçməli, çoxlu maye qəbul etməlidirlər". 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}