Dünən, 21:32
Dünən, 01:18
26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
Milli Məclisin iclasında “Sosial müavinətlər haqqında” qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra qəbul edildi.Dəyişikliyə əsasən, birdəfəlik müavinətlərin növləri siyahısına “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinət” daxil edilir. Bununla da azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün 5 il müddətində birdəfəlik müavinət veriləcək.
Qeyd edək ki, hazırda birdəfəlik müavinətlər radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə, uşağın anadan olmasına görə, dəfn üçün verilir.Musvat.com