Dünən, 21:32
Dünən, 01:18
26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
Sərnişinlərin artan tələbatını nəzərə alaraq, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Yeni il bayramı günləri ilə bağlı sərnişin qatarlarının optimallaşdırılmasını həyata keçirəcək.
Sozcu.info APA-ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmov deyib.
Onun sözlərinə görə, Zəfər Günü ilə bağlı Bakı-Sumqayıt marşrutu üzrə istifadə olunan ehtiyat qatarlardan Gəncə istiqaməti üzrə istifadə olunub.
“Bu cür optimallaşdırma Yeni il üçün də istifadə olunacaq”, - Rövşən Rüstəmov qeyd edib.
Xatırladaq ki, “Azərbaycan Dəmir Yolları”nın bütün strukturları 8 Noyabr - Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışıb. Bununla bağlı Bakı-Gəncə-Bakı istiqamətində artan sərnişin tələbatı nəzərə alaraq, xətt üzrə iki əlavə reys təyin edilib.
Bakı-Sumqayıt-Bakı elektrik qatarları isə bayram günlərində istirahət günlərindəki qrafikə uyğun hərəkət edib.