Türkiyədən təxliyə edilən vətəndaşlarımızın sayı - Açıqlandı


“Azərbaycan tərəfindən vətəndaşlarımızın təxliyə prosesi davam edir”.

Bu barədə Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Rəsmi məlumata görə, təxliyə prosesinin problemsiz həyata keçirilməsi məqsədilə Səfirliyin və Səfirlik nəzdindəki Hərbi Attaşelik aparatının bir qrup əməkdaşı zəlzələ bölgəsinə ezam olunub:

“Fevralın 7-də zəlzələdən zərər çəkmiş 12 vilayətdən 5 avtobus vasitəsilə 205 nəfər Azərbaycan vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları quru yolu ilə Gürcüstan üzərindən Azərbaycana yola salınıb. Bu gün də çox sayda vətəndaşımızın təxliyəsi planlaşdırılır və bunun üçün müvafiq tədbirlər həyata keçirilir”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}