Bir çox ölkədə qadağan edilib, bizdə isə pulla satılacaq


Polietilen torbalar pulla satılacaq. Ekologiyaya təhlükə yaratdığına görə. Dünyanın bir çox ölkələrində isə bu torbalardan istifadə qadağan edilib. Biz hələ pulla satacağıq".

Musavat.com xəbər verir ki, bu sözləri tanınmış pediatr Vaqif Qarayev bildirib.

2019-11-23-20-53-59KmWqdCTEu5uBHAEtLglV_file.jpg (41 KB)

O qeyd edib ki, əhaliyə keyfiyyətli torbalar satılmalıdır: "Bəyənmədiyimiz şura hökuməti kağız torbalar satırdı. Ekoloji təmiz və sağlamlıq üçün təhlükəsiz idi. İstehlakçı pul verəcəksə, o pulu normal torbaya verməlidir".

Qeyd edək ki, Azərbaycanda marketlərdə alıcılara verilən polietilen torbalar fevralın 15-dən etibarən ödənişli olacaq. Bununla bağlı "Ticarət Şəbəkələrinin İnkişafı" İctimai Birliyi məlumat yayıb. "Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən "Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyinə məktub ünvanlanıb.


Musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}