24-12-2024, 09:46
24-12-2024, 09:32
21-12-2024, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
Oruc tutanda nələrə diqqət etməliyik?
Oruc tutarkən yol verilən səvhvlər hansılardır. Oruc tutarkən nə etmək lazımdır düşündüyümüz qədər bu sualın cavabı da vacibdir.
Oruc tutarkən yol verilən 7 səhv:
1. İmsakda qidalanmamaq
Çox insan iftarda həddən artıq qidalandığı üçün imsakda oyanmır və gündə cəmi bir dəfə qidalanma ilə oruc tutur. Bu çox yanlış addımdır. Bütün gün boş qalan mədəni gündə cəmi bir dəfə yeməklə yükləmək həzm problem yarada bilər. Bu saç tökülməsindən tutmuş əzələ zəifliyinə qədər bir sıra problemlərə səbəb ola bilər.
2. İmsakda qidalanmadan dərhal sonra yatmaq
Təbii ki, gün ərzində ehtiyac duyacağımız bütün qidaları imsakda istehlak etməyə çalışırıq. Daha uzun müddət tox qalmaq üçün kalorisi yüksək qidalara üstünlük veririk. Həddindən artıq yemək mədə yanması və ya ürək döyüntüsü kimi müəyyən narahatlıqlara səbəb ola bilər.
Xüsusilə həddindən artıq yeməkdən sonra yatmaq bu pozğunluqları daha da qabarıq göstərir. Bu səbəbdən imsakdan dərhal sonra yatmamaq tövsiyə olunur. Amma yuxu problem olan şəxslər oturaraq yuxulamağa cəhd edə bilərlər. İmsakda qidalanmadan sonra ən azı bir saat hərəkət etmək faydalı hesab edilir.
3. Karbohidratlı qidaları istehlak etmək
Oruc tutarkən diqqət edilməli olan şərtlər arasında qida tərkibinin tarazlığının qorunması da var. İftarda özümüzü çox ac hiss etdiyimiz üçün, adətən, yağ və karbohidratda yüksək olan və doyma nisbəti yüksək olan qidalara üstünlük veririk. Amma oruc tutsaq belə bədənimizin ehtiyac duyduğu maddələr dəyişmir. Vitaminlər, minerallar və protein kimi digər qida növlərini istehlak etmək mütləq lazımdır.
Xüsusilə həzm sisteminin dincəldəcək qidalara üstünlük verməkdə fayda var
4. Yetərincə su içməmək
Oruc tutarkən nəzərə alınacaq məqamlar arasında suyun istehlakı xüsusi yer tutur. Ramazan ayında yeməklə yanaşı maye istehlakı da diqqət etməli olduğumuz bir məsələdir.
Su içməyin bədənimiz üçün faydaları artıq sübut olunmuş faktdır. Bədənimizdəki bütün funksiyaların düzgün işləməsi, sağlam olması və zərərli hüceyrələrdən təmizlənməsi üçün mütəmadi olaraq su istehlak etmək vacibdir.
Bədənin təbii ehtiyacı olan maye istehlakını çay-qəhvə, şəkərli sərinləşdirici içkilər və ya turşulu içkilərlə qarşılamaq xeyirdən çox zərər verir. Bir sözlə, maye ehtiyacı yüksək nisbətdə sudan qarşılanmalıdır.
5. Bütün günü yatmaq
Oruc tutarkən həyat tərzimizi tənzimləmək də qida rasionumuzda etdiyimiz tənzimləmələr qədər vacibdir. Oruc tutarkən diqqət edilməli olan şeylər arasında ən səmərəli yuxu saatlarının edilməsidir. Çoxumuz vaxtın daha sürətli keçməsi üçün günün çox hissəsini yatmaqla keçirməyə üstünlük veririk. Amma bu, orqanizmin Ramazanı sağlam şəkildə keçirməsinə mane olacaq bir hərəkətdir.
Əksinə, gündəlik həyatda hansı fəaliyyətlər edilirsə, orucluqda da eyni şəkildə davam etdirilməlidir. Çünki siz yatarkən orqanizmin maddələr mübadiləsi sistemi də özünü dayandırır. Daha sonra iftarla gələn artıq qida qəbulu ilə işləməyə başlayan orqanizm özü ilə artıq çəki də gətirir.
6. İftarda həddən artıq yemək
Oruc tutarkən bütün günü yemək arzusunda olmaq, aclıqla mübarizə aparmaq təbii ki, iftar süfrəsinə gəlincə yavaşlamamağa gətirir. Ancaq uzun saatlardan sonra qəfil yemək ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Xüsusilə risk qrupunda olan fərdlərdə infarkt və ya iflic kimi həll olunmayan problemlərə səbəb olacağı bildirilir. Bu baxımdan şorba kimi yüngül yeməklərlə iftarınızı açdıqdan sonra bir müddət gözləyərək mədənizi rahatlamağınız məsləhətdir. Daha sonra digər qidalarla davam edə bilərsiniz. Beləliklə, ani yeməkdən yaranan problemləri minimuma endirmiş olursunuz.
7. Yeməyi çeynəmədən udmaq
Yemək yeyərkən çox çeynəməyə diqqət yetirmək təkcə Ramazan ayında deyil, bütün həyatımızda diqqət etməmiz lazım olan məqamdır. Çünki çeynəmədən udulan yemək həzmsizlik problemi yaradır.
Üstəlik, mədə bu qidaları üyütmək üçün adi haldan daha çox enerji sərf edir. Bu vəziyyətin yaratdığı digər problem isə çeynəmədən udulan yeməyin toxluq hissi verməməsidir. Ona görə də çeynəmədən udmaqla artıq çəki almağa qapı açmış oluruq.
Necə ki, sahur süfrəsi açılanda tez yemək yeyib yenidən yatmaq zərərlidirsə, iftarda aclıqdan yeməyi çeynəmədən udmaq da bir o qədər zərərlidir. \\Saglamolun.Az