255 minlik BMW, bahalı nömrə: Balaəliylə bağlı ŞOK İDDİA


Meyxanaçı Balaəli Maştağalının (Bala Əli Rzayev) bir müddət öncə özünə lüks avtomobil alması müzakirələrə səbəb oldu.

37 yaşlı söz ustadının BMW X7 markalı avtomobilinin 2023-cü il modelinin qiyməti 255 min manatdır.

Balaəlinin zəngin həyat tərzi keçirməsinə şübhə edənlər də var. Bəzi adamlar düşünür ki, meyxanaçının idarə etdiyi bahalı avtomobillər, o cümlədən görüntülərdə əks olunan bahalı nömrələr başqalarına məxsusdur.

Tanınmış jurnalist Pərviz Həşimli də sözügedən avtomobilin Balaəliyə aid olmadığını iddia edib. Onun sözlərinə görə, meyxanaçı tez-tez lüks avtomillərin yanında dayanaraq şəkil çəkdirir və özünü zəngin göstərməyə çalışır.

Qeyd edək ki, Balaəlinin 77-BM-777 nömrəli qeydiyyat nişanı bu ilin may ayında 38 min manata satışa çıxarılmışdı. (yenisabah)



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}