Aygün Bəylər xəstəxanaya yerləşdirildi - FOTO


Əməkdar artist Aygün Bəylər xəstəxanaya yerləşdirilib.

Ölkə.Az xəbər verir ki, bununla bağlı şairə Nazilə Səfərli paylaşım edib.

Əməkdar artistlə fotosunu paylaşan N.Səfərli "Tez sağalın əvəzsiz sənətkar. İnanıram ki, tez zamanda sağalıb xalqa konsert verəcəksiniz!" sözlərini yazıb.

Şairə xanəndənin hansı səbəbdən xəstəxanaya yerləşdirildiyini açıqlamayıb.

Xatırladaq ki, bir müddət əvvəl A.Bəylərdə xərçəng aşkarlansa da, əməkdar artist sonradan sağaldığını demişdi.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}