12-01-2025, 15:28
11-01-2025, 19:35
7-01-2025, 22:26
29-12-2024, 15:22
28-12-2024, 19:14
Hepatit virusları selektivdir. Bunlar hepatosit hüceyrələrində oturur və qaraciyəri zədələyir. Ona görə də adları hepatit viruslardır. Hepatit A virusu ancaq hava-damcı yolu ilə keçir və yoluxucu xəstəlikdir. Qalan növləri isə, yəni B, C, D, E - Hepatit A virusunun formalarıdır. Bunlar qanla-kontakt yolu ilə keçirlər.
Sozcu.info xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla Mingəçevir şəhərində uşaqlar arasında Hepatit A xəstəliyinin qeydə alınması barədə danışarkən deyib.
Professor bildirib ki, hansısa ərazidə bu virus aşkarlanıbsa, ərazidəki virus ocaqları dərhal məhdudlaşdırılmalıdır:
“Həmçinin, təhsil müəssisələrində, məktəblərdə virus aşkarlanıbsa, bu uşaqlar hospitalizasiya edilsə, daha yaxşı olar. İnfeksion xəstəliklər şöbəsində müalicə olunmalı və onlarla əlaqədə olanlar da nəzarət altına götürülməlidir. Hepatit A virusunun vaksini var. Təəssüf ki, bu gün bizim valideynlərin çoxu vaksinasiyadan yayınırlar. Uşaqlar arasında da müxtəlif infeksion xəstəlikləri baş alıb gedir. Buna ciddi əməl etmək lazımdır”.