2023-cü il ölkəmiz üçün uğurlu il olmuşdur

2023-cü il və qalib Prezident!! Geridə qoyduğumuz 2023-cü il Azərbaycan tarixinə daha bir uğur səhifəsi kimi yazıldı. “Heydər Əliyev İli” kimi qeyd olunan 2023-cü il mühüm tarixi hadisələrlə əlamətdar oldu.
Bildiyimiz kimi, 2020-ci ildə 44 günlük Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı və güclü ordumuz dövlət Bayrağımızı Şuşada və digər işğaldan azad edilmiş ərazilərdə qaldırdı. Hərkəs bilirdi ki, bu müharibə bizim qələbəmizlə bitsə də, qarşıda bizim azad olunmalı digər ərazilərimiz qalıb. Təbii ki, biz sülh şərtlərinə əməl edərək müharibəni dayandırmışdıq. Yarımçıq qalmış işimizi biz davam etdirməli idik. Bunun davamı olaraq 2023-cü il lokal xarakterli antiterror tədbirləri keçirildi.Ermənilərin həyata keçirdiyi terror nəticəsində Azərbaycan polisi və Ordumuz bir neçə şəhid verdi.Lakin, antiterror tədbirləri nəticəsində qarşı tərəf öz layiqli cavabını aldı. 2023-cü il 19-20 sentyabr tarixlərində Qarabağda antiterror əməliyyatından sonra Prezident İlham Əliyev Azərbaycanın öz suverenliyini bərpa etdiyini bildirdi.  Təbii ki, bu əlamətdar hadisələrin heç biri asan başa gəlmədi. Müzəffər Ali Baş Komandanın uğurlu siyasəti və anti-terror əməliyyatı nəticəsində düşmən ordusu ərazimizdən tamamilə çıxarıldı, hərbi texnikası məhv edildi. Azərbaycan xalqı öz yurd-yuvasına qayıtmağa davam etdi. Üstəlik, “1-ci Qarabağ” savaşında xalqımıza qarşı törədilən soyqırımda iştirak edənlər, qondarma rejimin rəhbərləri Azərbaycan qanunları qarşısında cavab verməyə başladı.
Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanın hərbi gücü daha da artırıldı, Türkiyə-Azərbaycan təlimləri keçirildi. Zəngəzur dəhlizinin açılması üçün effektiv addımlar atıldı.
Böyük Qayıdış Konsepsiyasını uğurla həyata keçirən ölkəmiz azad edilmiş ərazilərdə nəhəng infrastruktur layihələrini həyata keçirtməkdədir. Füzuli,Zəngilan, Laçın şəhərlərinə keçmiş məcburi köçkünlərin mərhələli qayıdışı təmin olunmuşdur. Digər işğaldan azad edilmiş rayonlarında insanlarının doğma yurdlarına qayıtması ilə bağlı intensiv işlər görülür.

“Heydər Əliyev İli” çərçivəsində baş verən ən böyükəlamətdar hadisələrdən biri oktyabrın 15-də Azərbaycan bayrağının Xankəndində dalğalanması oldu.Xankəndi şəhərində hərbi parad keçirildi, “Qarabağ” və “MOİK” futbol klublarının oyunu Xankəndi şəhərində baş tutdu,2024-cü ili Zəngilanda, Laçında, Şuşada, Xankəndidə qarşılamaq xalqımıza nəsib oldu.
Biz bir xalq olaraq hər zaman cənab Prezident İlham Əliyevin həyata keçirtdiyi siyasəti dəstəkləyirik və hər zaman da xalq olaraq onun yanındayıq. 30 il həsrətində olduğumuz torpaqlarımıza onun müdrik siyasəti və şəhidlərimizin qanı sayəsində qovuşmuşuq. Biz xalq olaraq bir yumruq halında bir araya gəlmişik. Cənab Prezidentimizin də dediyi kimi, “Dəmir Yumruq”Azərbaycan xalqının birliyinin rəmzidir.

Abdulla Məmmədov

Zığ bələdiyyəsinin sədri

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}