Aygün Bəylərin prodüserindən ŞOK AÇIQLAMALAR: “Xalq tezliklə o insanlara nifrət edəcək”


“Aygün Bəylərin qızı Canan Almaniyaya getmək istəmir. 14 yaşı var, bu günə qədər ata görməyib. Ata gəlib ona çörək, yoxsa su verib? 3-4 ildən bir atasının bacısı gəlib (müsahibə verən), 100 avroluq bir hədiyyə alıb, ətir alıb, vəssalam. Onların bu günə qədər bu ailəyə, Aygün Bəylərə nə 1 manatlıq xeyri dəyib, nə də ziyanları. Ona görə uşaq da dərk edir ki, bu günə qədər atamla görüşümüz, ünsiyyətimiz olmayıbsa, mən bundan sonra niyə atamın yanına getməliyəm”.

Bu sözləri Musavat.com-a mərhum Əməkdar artist Aygün Bəylərin prodüseri Sultan Mustafayev deyib.

Prodüser bunları əlavə edib:

“Onlar mənim ailəvi dostlarımdır, gözəl nəsildir. Onlar İslam Rzayevin ansamblında fəaliyyət göstəriblər. Rəsul bəy Berlində konservatoriyada skripka müəllimi işləyir. Mən onları tanıyıram, ömür boyu xaricdə yaşayan adam olmuşam, məclislərdə olmuşuq.

Anacaq ata vaxtında üzə çıxmalı idi, artıq gecdir. İkincisi, Aygün Bəyləri Suraxanıda dəfn ediblər, uşaq istəyəndə gedib anasını yad edəcək, yasin oxutduracaq, məzarına gül qoyacaq, onunla söhbət edəcək. O gün mən Cananı anasının qəbri üstə aparmışdım, 15 dəqiqəyə yaxın ağladı”.

“Aygün Bəylərdən sonra gələcəkdə hansısa sənətçi ilə işləmək istərdinizmi?” sualına prodüser belə cavab verib:

“Bu gecə İstanbula qayıdıram. Mən Aygün Bəylərlə daha çox parladım, Azərbaycan xalqı məni tanıdı. Şan-şöhrəti onunla gördüm. Yaxşı günümü də, pis günümü də Aygün xanımla yaşadım. Bundan sonra musiqi aləminə kim gəlirsə, gəlsin, mənim üçün musiqi bitdi. Aygün xanım necə rəhmətə getdisə, musiqi də mənimçün birdəfəlik bitdi. Hazırda depressiyadayam, əsəblərim yerində deyil. Heç kim Aygün Bəyləri əvəz edə bilməz. Azərbaycanda Aygün Bəyləri əvəz edəcək nə ifaçı var, nə xanəndə. Yeganə adam idi ki, 10 dildə oxuyurdu. İngilis, fransız, ərəb, ivrit dili... İsraildə, Nyu-Yorkda səfərdə olmuşuq, Yaponiyaya qədər getmişik. Onu kim əvəzləyə bilər? Vaxt gələcək, biz deyəcəyik ki, heyif Aygün Bəylərdən.

Dövlətimiz sağ olsun, sonuna qədər yanında oldu. Mən dövlətimizin başçısına, xanımına sonsuz minnətdaram, canım fəda olsun onlara. Həyatdır, bu da belə bir xəstəlikdir ki, biz onun qarşısında acizik.

Ayın 2-dən Ankarada idim. Aygün xanımın konsertinin repertuarını günlərlə yazmışdım. Aygün Bəyləri mənim üçün əvəz edəcək insan olmayacaq. Gətirib mənə milyon dollar da verə bilərlər ki, məsələn, mənim qızımla, yoldaşımla işlə, işləmərəm. Azərbaycanda Aygün xanımı əvəz edə biləcək adam yoxdur, olmayacaq da”.

Sultan Mustafayev bildirib ki, şok açıqlamalar edəcək:

“Aygün Bəylərin səhifəsini izləyin. Aygün xanımın özünə görə problemləri var idi. Mən hələ heç bir yerdə bu haqda danışmamışam. Həm Aygün xanımın səhifəsində də, həm də öz səhifəmdə elə mötəbər açıqlamalarım olacaq ki, yer yerindən oynayacaq. Sadəcə, hazırda ürəyimlə bağlı problemim var. İstanbula qayıdıb orada müalicə almalıyam. 10-15 gündən sonra elə açıqlamalarım olacaq ki, bilirəm, bu xalq o insanlara nifrət edəcək. Mən onları danışacam, amma indi yox. Aynişan haqda şok açıqlamam olacaq, lakin indi yox”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}