Beyləqan Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizov pambıq tarlalarına baxış keçirib -Fotolar

Beyləqan Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizov pambıq yığımı ərəfəsində sahəyə baxış keçirdi.

Sozcu.info xəbər verir ki, ölkə başçısının kənd təsərrüfatı sahəsinə olan diqqət və qayığısını, tapşırıq və tövsiyələrinin davamı olaraq 2024-cü ildə Beyləqan rayonunda 8675 ha sahədə pambıq əkilib becərilmişdir. Becərmə zamanı bütün aqro-texniki tədbirlər vaxtlı-vaxtında aparılmış, mineral gübrələr verilmiş, vaxtında suvarma suyu ilə təminatı həyata keçirilmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov hüquq mühafizə orqanlarının rəhbərləri, RİH-in məsul şəxsləri, Azərpambıq MMC-in rayon filialının rəhbəri Fazil Hacıyev, rayon üzrə Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Xaliq Məmmədov və fermerlərin iştirakı ilə pambıq sahələrinə baxış keçirib.

RİH başçısına məlumat verildi ki, hazırda sahələrdə son tamamlama işləri başa çatmaq üzrədir, rayonda pambığın tez və itkisiz yığımını təşkil etmək məqsədilə bütün maşın və mexanizmlər, pambıqyığan kombaynlar hazır vəziyyətə gətirilmişdir. 

Bildirildi ki,15-20 sentyabr tarixlərində pambıq yığımına başlanılacaq.

Mövcud vəziyyətə əsasən sahələrdən yüksək məhsuldarlıq gözlənilir.

Sozcu.info




Oxşar Xəbərlər

Xəbər lenti