“AZƏRBAYCANLILARDAN ÜZR İSTƏ!” –VBON hərəkatının gizli rus polis dəstəkçiləri və işadamı olan sponsorları var

“AZƏRBAYCANLILARDAN ÜZR İSTƏ!” –VBON hərəkatının gizli rus polis dəstəkçiləri və işadamı olan sponsorları var

 

"Baza” (Rusiya), 29.10.2019

 

Daxili İşlər Nazirliyinin əməkdaşları "Ümumi Xalqın Rifahı Naminə” Azərbaycan hərəkatını ekstremizmə görə yoxlayır. Bu hərəkatın fəalları Azərbaycan haqqında mənfi danışan şəxsləri kamera qarşısında üzr istəməyə məcbur edir və döyürlər. Polis təşkilatın bütün üzvlərini və hərəkatın maliyyə mənbələrini müəyynləşdirir. "Baza”nın aydınlaşdırdığı kimi, 250-dən çox adam və bir neçə şirkət hərəkat üçün "ianlər” verib.

Artıq bir neçə gündür ki, İnternetdə "Ümumi Xalqın Rifahı Naminə” («Во благо общего народа» – VBON) Azərbaycan hərəkatı müzakirə olunur. Müzakirə iştirakçıları bəyan edirlər ki, onların yeganə məqsədi həmyerlilərinə kömək etmək və xalqlarının ənənəvi dəyərlərini qorumaqdır.

"Biz ekstremist qrup deyilik, radikallar, canavarlar və əcinnə də. Biz yalnız xalqımızı alçaldan xəcalətdən yorulmuş, xaıqın layiqli övladlarıyıq. Məqsədimiz dinimizə, adət-ənənələrimizə hörmətlə yanaşan ləyaqətli qardaşlarımızla birləşməkdir. Biz müxtəlif növ onlayn təbliğata qarşı fəal mübarizə aparırıq "(VKontakte-də VBON hərəkatının səhifəsi, müəllif punktuasiyası və imlası ilə).

Bu cür iddialara baxmayaraq, VBON metodları bir çox sual doğurur. "VBON”çuların öz adət-ənənələrini nə dərəcədə qoruduqlarını sosial şəbəkələrdə yayılan videolardan başa düşmək olar. Məsələn, onlardan birində "Instagram”-da Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovniki Rəşad Atakşiyevin ölümünə lağ edən bir rus kişi döyülür.

İlk kadrlarda "təhqiramiz” şərhin özü görünür, sonra "Instagram” istifadəçisinin döyülməsi və kamera qarşısında tövbə etməsini görə bilərsiniz.

"Səhvini boynuna alırsan” – deyə döyüləndən soruşulur.

"Axı "bəli” dedim, əgər kiminsə xətrinə dəymişəmsə, üzr istəyirəm”.

"VBON” loqosu ilə daha bir video Sankt-Peterburqda çəkilib. Videoda şıq kostyumda olan bir adam, transformator kabinəsinin qarşısında dayanaraq diktə altında Azərbaycan xalqından üzr istəyir.

"Readovka” VBON haqqında ilk yazanlardan biri olub. Orada özlərini "azərbaycanlı etnik mütəşəkkil cinayətkar dəstənin qurbanları” adlandıran insanlardan bəhs edilib. Adamlardan biri kafenin sahibi Vyaçeslav Moskvindir. O, Azərbaycan fitnes-modelinə güldükdən sonra VBON üzvlərindən təhdidlər almağa başladığını söyləyib.

"Vkontakte” və "Telegram”-dakı VBON yazılarına görə hərəkat üzvləri müntəzəm olaraq internet istifadəçiləri ilə belə söhbətlər aparırlar.

"Dəfələrlə”Sözlərinə görə cavab ver, bunu üzümə de” rubrikamızda azərbaycanlıların və burnundan uzağı görə bilməyənlərin qurultayı təşkil edilib. Onların hər biri başa düşüb ki, bizimlə rəqabət aparmaq iqtidarında deyillər, çünki istənilən vaxt onları hər yerdə tapacağıq. Çətin ki bir də eyni qələti etsinlər. Bu son deyil, yalnız başlanğıcdır” (VBON hərəkatının "Vkontakte”-dəki açıqlaması).

Aksiyalar təkcə Rusiyada deyil, Azərbaycanın özündə də keçirilir. Orada VBON-çular LGBT (cinsi azlıqlar – tərc.) icmasının nümayəndələri ilə "profilaktik iş” aparırlar.

Sadə insanlarla yanaşı, VBON-çular media orqanları və bloqerləri də izləyir. VBON üzvləri bildiriblər ki, rəhbərlik etdikləri qurum Lenta.ru saytını azərbaycanlılarla əlaqəli məqaləni çıxarmağa məcbur edib, həmçinin, bloqer "Kirpi” ("Yojik”) və Rüstəm Mayer sözlərinə görə üzr istədiblər.

Mətbuatda yaranmış hay-küydən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları (Ədliyyə Nazirliyində qeydiyyata alınmamış) hərəkatın fəaliyyəti ilə maraqlanıblar. "Baza”nın aydınlaşdırdığı kimi, VBON liderləri və sıravi aktivistlər ekstremizm baxımından yoxlanılır. Ümumən hərəkatın ehtimal olunan 250-dən çox üzvü araşdırma hədəfindədir.

Daxili İşlər Nazirliyinin materiallarına görə, "Ümumi Xalqın Rifahı Naminə” hərəkatı Moskvadakı Azərbaycan diasporunun himayəsi ilə yaradılıb. Üstəlik, bu hərəkatda hətta Daxili İşlər Nazirliyi və digər hüquq-mühafizə orqanlarının nümayəndələri var. Onların sayəsində təşkilatın fəalları lazımi şəxslərin məlumatlarını İnternetdən qısa zamanda əldə edirlər. Hüquq-mühafizə əməkdaşları ilə əlaqələr "Telegram”-dakı postlarla dolayı yolla təsdiqlənir.

Polisin bildirdiyinə görə, VBON lideri Rusiya Xalqlar Dostluğu Universitetinin Azərbaycan icmasının keçmiş sədri Binnət Bünyadovdur.

Yeri gəlmişkən, hərəkatın yeni üzvlərinin "işə qəbulu” məhz tələbələr və idman klubları vasitəsi ilə həyata keçirilir.

"Bəli, VBON-la əlaqəm, ancaq nə mənim, nə də birliyin digər yaradıcılarının təhqir və döyülmə ilə əlaqəsi var. İndi hər kəsin müzakirə etdiyi videolar abunəçilər tərəfindən göndərilib. VBON – təşkilat deyil, sadəcə ümumi məqsəd və fikirləri olan insanları birləşdirən ictimai səhifədir. Heç kim bizi maliyyələşdirmir və maliyyələşdirməyə ehtiyac duymuruq, çünki böyük layihələrimiz yoxdur, ofis icarəyə götürmürük, bu tip bir şeyimiz yoxdur. Heç bir maliyyələşdirmə nəzərdə tutulmur və planlaşdırılmır. Çünki ehtiyaclarımız yoxdur, əgər kiçik bir ehtiyac varsa, bu xərcləri özümüz ödəyirik”. Binnət Bünyadov

Ondan əlavə, Daxili İşlər Nazirliyinin məlumatına görə, VBON-un yaradıcıları və ideoloqları Murad Əzizov vəYaşar Cəfərovdur ("VKontakte”-dəki hər iki profil son vaxtlarda silinib). Hərəkatın 20 fəalı var. Demək olar ki, bütün sosial şəbəkə hesabları bağlıdır.

VBON rəhbərlərindən biri də sahibkar Fərid Vahabovdur. Polis onu hərəkatın "pul kisələrindən” biri və VBON aktivistlərinin çox sərfəli qiymətlərlə məşq etdiyi "AzePride” idman salonunun qeyri-rəsmi sahibi adlandırır.

"Kontur.Fokus” biznes reyestrinə görə, Vahabovun əsas işi toxuculuq, xəzlərin yuyulması və quru təmizləmədir. O, məsələn, ötən il "Snegiri” dövlət sağlamlıq kompleksinin 862 min rubl həcmində tenderini qazanan "Techinvest-SM” şirkətinin baş direktoru və ortaq sahibi kimi qeyd olunub.

 

Binnət Bünyadov

Vahabovdan əlavə, daha 3 iş adamının "Tekhinvest-SM”-də səhmləri var. Vahabovun tərəfdaşlarından biri Viktor Popovda, polisin gümanına görə, Azərbaycan dərnəyinin maliyyələşdirilməsində iştirak edir. Bəlkə də məhz Popovun şirkətləri vasitəsilə VBON ianələr alıb.

"Kontur.Fokus” bazasına əsasən, Popov quru təmizləmə və avtomobil təmirindən tutmuş dərman və inşaat sahələrinə qədər müxtəlif sahələrdə fəaliyyət göstərən 19 şirkətin təsisçisidir. 2014-2015-ci illərdə onun "Partnyor-10” və "Klininqovaya kompaniya № 1” şirkətləri paytaxtın idman və turizm departamentinin hərracında rəqabəti təqlid edib. Şübhəsiz, departament rəhbərliyi rəqib olduğu iddia edilən bu iki şirkətin eyni sahibi olduğunu bilməmiş deyil.

Polis azərbaycanlı fəalların maliyyələşdirilməsinin daha 2 işadamının firmalarından keçə biləcəyindən şübhələnir. Bu,Aleksey Loqominov və İqor Alekseyevdir. Onlar fəaliyyət sahəsi qida ticarəti, avtomobil təmiri və inşaat sahələri olan 8 şirkətin təsisçiləri kimi göstəriliblər. Maraqlıdır ki, şirkətlərin əksəriyyəti 2016-cı ildə təsis edilib və 2018-ci ilin sonuna qədər ləğv olunub.

Fərid Vahabovun özü "Baza”ya VBON-un təşkilatçısı olmadığını bildirib:

"Mən qrupun aktiv abunəçilərindən biriyəm, amma şübhəsiz, onun təşkilatçısı deyiləm. İndi fəal müzakirə edilən döyülmə videosu VBON-a aid deyil. Hərəkat adam döyməklə məşğul olmur. Bəli, həqiqətən "kamera qarşısında üzr istəyirik” başlığı var, ancaq döyülmə olmadan. Hətta belə bir epizod var idi: azərbaycanlı oğlan nəsə xoşagəlməz söz demişdi, qohumları ilə əlaqə qurulub və uşağın anası oğlunun üzr istəməsinə dair video çəkib. Fəalların özləri isə heç kəsi döymürlər”.

O, Loqominov və Bünyadovla əlaqələrini də inkar edib: "Hərəkat heç bir maliyyə yatırımı tələb etmir. Heç bir fond yoxdur, sadəcə zaman-zaman xeyriyyə aksiyaları, bəzi tədbirlər, o cümlədən mənim layihəm – "AzePride” idman zalı üçün pul yığırıq, bunun mənası insanların az pul müqabilində idmanla məşğul ola bilməsi deməkdir. İşimə gəldikdə, nə onun, nə də iş ortaqlarımın VBON və onun maliyyələşdirilməsi ilə əlaqəsi var. İş ortağım Viktor Popov VBON-un mövcudluğundan belə xəbərsizdir. Aleksey Loqominovu tanımıram (Daxili İşlər Nazirliyinin məlumatına görə, hərəkatın maliyyələşdirilməsi onun şirkəti vasitəsilə həyata keçirilir)”.

Loqinov və Popovla əlaqəni Binnət Bünyadov da rədd edir: "Bu adları ilk dəfə eşidirəm”.

Polis tərəfindən müəyyən edilən VBON üzvlərinin əksəriyyəti Moskvanı təmsil edir, lakin onlar başqa şəhərlərdə də var: Sankt-Peterburq, Tümen, Novosibirsk, Surqut, Saratov və daha iki başqa şəhər. VBON iştirakçıları arasında tələbələr, məmurlar, iş adamları, idmançılar və s. rast gəlinir.

 

"Vkontakte”-də VBON iştirakçılarının səhifələrinin demək olar ki, yarısı icazəsiz istifadəçilər üçün bağlanıb və böyük əksəriyyət pablik abunəçidir https://vk.com/military_az (2017-ci ildə pablik yayımlanan məqalələrdən biri ekstremist materiallar siyahısına əlavə edilib).

"Mən qrupun aktiv abunəçisiyəm. Bəli, üzr istənilən videoları gördüm. Döyülməni görmədim. Üzr istənilməsindən danışırıqsa, davaya görə üzr istəyirlər. Bəli, qızlarımızı təhqir edən, ya da ədəbsiz şeylər yazan azərbaycanlılar və digər Qafqaz xalqlarının nümayəndələri olub. Mən onlarla telefonla bir neçə dəfə danışmışam”, – deyə "Vkontakte”-dəki VBON qrupunun üzvü Xalid deyir.

 

Fərid Vahabov

Bir çox Rusiya mediası hərəkat haqqında yazdıqdan sonra VBON iştirakçılarının çoxu "AZERBAIJAN online”-yə mesaj göndərib, orada döyülmə faktlarını "açıq böhtan və universal şişirtmə” adlandırıblar.

"Dünənki canlı yayımda onların terrorçu, İŞİD-çi, Rusiya torpağında hamıya zülm edən kimi səciyyələndirilməsi  və bu barədə ucadan deyilən fikirlərin əksinə olaraq, bilirik ki, onlar öz xalqının yalnız mənəvi tərbiyəsi ilə məşğul olan, daxili problemləri tez-tez dialoq yolu ilə çözən adi azərbaycanlı oğlanlardır”.

"VBON iştirakçılarının əksəriyyəti (2000-dən çox adam və hamısını izləmək mümkün deyil) heç bir sərhəd tanımır, icma rəhbərlik tərəfindən idarə olunmur və bəlkə də mənəviyyatla heç bir əlaqəsi olmaya-olmaya özlərini qürurla VBON-çu adlandırır… Biz belə bir yanaşmanı dəstəkləmirik. İnsanları, hətta günahkar olanları alçaltmaq və döymək düzgün deyil”.

Düzdür, mesaj müəllifləri bundan sonra bildirirlər ki, ifrat hərəkətlər olsa da, səbəblər ədalətli idi.

"Birinin başqasının şəxsi həyatına (gənclik maksimalizmi, gənc qan) burun soxmamasını və kimisə zorla bu və ya digər nümunəyə tabe olmağa məcbur etməyin lazım olmadığını yaxşı başa düşmədiklərindən başqa, yaxşı işlər görülüb. Dəfələrlə ehtiyacı olan, kimsəsiz, yetim və xəstə maliyyələşdirməyə kömək ediblər… "

Sonda bütün bunlar "xarici düşmən” ittihamları ilə əlaqələnir: "Qarşıdurmanı daha da qızışmaq üçün hər şeyə hazır məkrli qonşularımız (ermənilər nəzərdə tutulur – tərc.) saxta Azərbaycan səhifələrini yaratmaqdan, ruslara təhqir və təhdidlər yazmaqdan çəkinmirlər, sonra da xəbər yayırlar ki, bunu azərbaycanlı terrorçular edir”.

Digər bir qeyddə VBON nümayəndələri rus millətçilərini özləri haqqında mənfi məlumatlar yaymaqda günahlandırırlar: "Moskvada və Rusiyanın qərbindəki millətçi qruplar Rusiya xalqlarına təcavüz və qorxutma kampaniyasına başlayıb və etnik azlıqlara qarşı repressiyalara çağırış edirlər”.

Vahabov da millətçilərin təxribatından danışır:"Düşünürəm ki, saxta fotolarla hərəkatı ləkələmək etnik nifrət oyatmaq məqsədi ilə rus millətçiləri tərəfindən təşkil edilib”.

Oktyabrın 28-də VBON idarəçilərindən biri polisə aparılıb. Onun adı gizli saxlanılır – öz təhlükəsizliyi üçün. İstintaqda oğlan qrupunun döyülmə ilə əlaqəsi olmadığını söyləyib, dediyinə görə, bütün videolar istifadəçilər tərəfindən göndərilib.

Tərcümə: Strateq.az



Oxşar Xəbərlər

Xəbər lenti