8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bu görüş aprelin 5-6-da Bakıda keçiriləcək "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin iclasına hazırlıq məqsədi daşıyır.
Yüksək vəzifəli şəxslərin iclasında çıxış edən Venesuelanın xarici işlər nazirinin müavini Ruben Dario Molina bildirib ki, Qoşulmama Hərəkatının prinsipləri və niyyətləri təşkilatın ölkələrinin sabit inkişafına yardım edir: "Biz birlikdə inkişaf edir və sülhə doğru irəliləyirik".
R.D.Molinanın sözlərinə görə, Qoşulmama Hərəkatı hansısa tərəfin hegemonluğuna və digər ölkələrin sabitliyinə hücumlara qarşıdır.
Qeyd edək ki, Azərbaycanı iclasda ölkəmizin BMT yanındakı daimi nümayəndəsi Yaşar Əliyev təmsil edir.
Konfransda Qoşulmama Hərəkatında iştirak edən dövlətlər, həmçinin hərəkat yanında müşahidəçi statusu almış dövlət və beynəlxalq təşkilatların nümayəndələri, xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatlar iştirak edəcək.
Qeyd edək ki, Qoşulmama Hərəkatında 120 dövlət yer alıb, 17 dövlət və 10 beynəlxalq təşkilat Qoşulmama Hərəkatı yanında müşahidəçi statusuna malikdir. Qoşulmama Hərəkatı beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır.
Azərbaycan 2011-ci ildə Balidə keçirilmiş XVI Nazirlər Konfransında hərəkata qoşulub.
Azərbaycan 2019-cu ildə Qoşulmama Hərəkatının XVIII Zirvə toplantısına ev sahibliyi, həmçinin 2019-2022-ci illər ərzində isə Qoşulmama Hərəkatına sədrlik edəcək.