8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Oktyabrın 31-də Gürüstanda keçirilən parlament seçkilərinin son prezident seçkilərindən sonra cəmiyyətdə yaranmış gərginliyi aradan qaldıracağına bəslənən ümidlər boşa çıxdı. Üstəlik, son prezident seçkilərindən sonra Gürcüstan cəmiyyətində iki tirəlik yaranmışdı. Parlament seçkilərindən sonra bu ikitirəlik aşkar cəbhələşmə, qarşıdurma xarakteri alıb. Parlament seçkilərində iştirak edən partiyaların çox böyük əksəriyyəti seçkinin nəticələrini tanımaqdan imtina edərək etiraz aksiyalarına start veriblər.
Müxalifətin parlamentdə təmsil olunmaqdan imtina etməsi seçkinin qalibi “Gürcü arzusu”na hüquqi problemlər yarada bilmir. “Gürcü arzusu”nun parlamentdə çoxluğa malik olması qanunverici orqanın fəaliyyətə başlamasına imkan verdiyi kimi, yeni hökuməti qurmasına da imkan verir. Lakin, məsələnin hüquqi tərəfləri ilə yanaşı siyasi və mənəfi tərəfləri də var. Müxalifətin təmsil olunmadığı parlament əsl mahiyyətini itirir. Parlamentarizmin mahiyyəti siyasi qüvvələrin qanunverici orqanda siyasi mübarizəsindən ibarətdir. Bu isə özlüyündə demokratiyanın mövcudluğunun əsasını təşkil edir. Tək partiyalı parlament isə həqiqi parlament sayıla bilməz. Tək partiyalı qanuniverici orqan totalitar rejimlərdə mövcud ola bilər. Buna görə də müxalifətin parlamentdə təmsil olunmaqdan imtina etməsi “Gürcü arzusu”na ciddi problemlər yaradır.
Müxalifət parlamenti baykot etməklə “Gürcü arzusu”na ciddi problem yarada bilsə də, aydın görünür ki, hakimiyyəti devirmək üçün yetərli resurslara malik deyil. Belə demək olar ki, Gürcüstanda pat vəziyyəti yaranıb. Belə vəziyyətdə prosesin bir qədər zaman ala biləcəyi ehtimal olunur. Bu proses əsəblərin müharibəsi də adlandırıla bilər. Burada isə tərəflərdən hansının əsəbləri daha çox davam gətirsə, prosesin qalibi olacaq. Burada isə iqtidarın imkanları çoxdur. Məlum olduğu kimi müxalifət yekcins, bir siyasi qüvvədən ibarət deyil. Parlamentdə təmsil olunmaqdan imtina edən müxalifət partiyalarının özlərinin də aralarınada rəqabət və fikir ayrılıqları mövcuddur. Belə bir şəraitdə isə uzun müddətli effektli mübarizə aparmaq mümkün olmur. Əgər “Gürcü arzusu” koalisiya qurmağa razı olsa partiyalardan bir neçəsini parlamentin işində iştiraka cəlb edə bilər. Belə ki, əsas müxalifət qüvvəsi olan “Milli Hərəkat” istisna olmaqla digər partiayalara hökumətdə bir nazir postu təklif etməklə onların əksəriyyətini öz tərəfinə cəlb edə bilər. Qeyd etmək lazımdır ki, “Gürcü arzusu”nun ilk hökuməti də koalsion hökumət idi. Ancaq müxalifətin “Gürcü arzusu”na etimad edəcəyi də şübhə altındadır. Çünki, hakimiyyətin ilk illərində koalisiya şərtlərinə əməl edən “Gürcü arzusu” sonradan tərəfdaşlarını oyundan kənarlaşdırmağa üstünlük verdi. Bu hadisədən sonra “Gürcü arzusu”na etimad azaldı. Bundan başqa bu qüvvələr arasında ölkənin gələcəyi ilə bağlı müəyyən fikir ayrılıqları da mövcuddur. Bu isə koalisiya yaradılmasına əlavə problem yaradır.
Siyasi şərhçilər hesab edir ki, müxalifətin əsas problemlərindən biri də parlaq liderin olmamasıdır. Belə bir lider sabiq prezident Mixail Saakaşvili ola bilər. Ona görə bir çox müşahidəçilər hesab edir ki, etirazların böyüyüyb inqilaba çevrilməsi üçün sabiq prezident Gürcüstana dönərək prosesə rəhbərlik etməlidir. Lakin Mixail Saakaşvili haqqında məhkəmə hökmü var və sabiq prezident ölkəsinə dönəcəyi halda dərhal həbs olunacaq. Ancaq Saakaşvili bir neçə gün öncə bəyan etmişdi ki, əgər müxalifət onun liderliyi altında mübarizə aparmaq qərarı versə, Gürcüstana qayıtmaqla bağllı problmləri həll edə bilər.Bu zaman sabiq prezidentin nəyi nəzərdə tutduğu tam aydın deyil. Amma siyasi ekspertlər Mixail Saakaşvilinin ABŞ-ın yeni prezidenti Co Baydeninin dəstəyini qazanmaqla hərəkət edə biləcəyinə diqqət çəkirlər.
Bütün bunlar Gürcüstandakı siyasi böhranın bir neçə ay davam edə biləcəyini söyləməyə imkan verir.
Arzuman Loğmanoğlu,
“Yeni Sözçü” qəzeti