Zaqatalada itən, 25 min mükafat vəd edilən turist kimdir? - Video


Xəbər verdiyimiz kimi, Azərbaycana turistik məqsədlə səyahət edən Hindistan vətəndaşı Manikath Kondaveeti ölkəmizin Zaqatala bölgəsində itkin düşüb. 12 maydan bəri tapılmayan, axtarışına dronların, helikopter və hərbçilərin cəlb edildiyi, tapılması üçün 25 000 manat mükafat təyin edilən bu hindistanlı kimdir?

Sozcu.info Axar.az-a istinadən xəbər verir ki, hadisə ilə bağlı tədbir görülməsi üçün Cinayətkarlıqla Mübarizə İdarəsi sənədləri İnterpola göndərib.

Ölkəmizə 16 aprel 2022-ci ildə gələn bu gənc Hindistanda fransız dili mütəxəssisi kimi çalışıb. 25 yaşı olmasına baxmayaraq, gəzib-görməyə çox meyillidir və bundan əvvəl Tailand, Kamboca, Vyetnam, Ruanda, Nepal, Madaqaskar və Keniyaya səfər edib. Azərbaycan onun pandemiyadan sonra xaricə etdiyi ilk səfəri imiş.

Atası vergi müfəttişliyində yüksək vəzifə tutur. Onun ailəsinin Hindistanın seçkin və tanınmış ailələrindən biri olması faktı 1.4 milyard əhalisi olan Hindistanın mediasının bir şəxsin itkin düşməsi ilə bağlı xeyli sayda məlumat tirajlamasının səbəbini izah edir.

Bundan başqa, qardaşı Hindistan hökumətindən və xarici işlər naziri Subrahmanyan Cayşankardan Manikath Kondaveetinin axtarışını sürətləndirməyi və məsələyə müdaxilə etməyi xahiş edib və bununla bağlı petisiya başladıb. Petisiya qısa müddətdə 60.000-ə yaxın şəxs tərəfindən imzalanıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}