Elçin Quliyevin oğlu əsgər getdi

 

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin oğlu hərbi xidmətə yollanıb.

Sozcu.info xəbər verir ki, Elçin Quliyevin oğlu Məhəmməd Quliyev ölkə başçısının 2018-ci il iyulun 1-dən 30-dək müddəti əhatə edən həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncamına uyğun olaraq orduya çağırılıb.

O, Dövlət Sərhəd Xidmətinin ölkənin cənub zonasında yerləşən "N” saylı hərbi hissəsində hərbi xidmətə başlayıb. Məhəmməd Quliyev bu yaxınlarda hərbi and içib və onun andiçmə mərasimində general-polkovnik Elçin Quliyevin özü də şəxsən iştirak edib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}