Sabah hava necə olacaq?


Azərbaycanda iyulun 15-də havanın yağmursuz keçəcəyi, 40 dərəcə isti olacağı gözlənilir.

Bu barədə Sozcu.info-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcək. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-26° isti, gündüz 34-38° isti, atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 65-70%, gündüz 35-40% olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq, şərq küləyi əsəcək.


Havanın temperaturu gecə 22-27° isti, gündüz 36-40° isti, dağlarda gecə 10-15° isti, gündüz 26-31° isti olacaq.



Oxşar Xəbərlər

Xəbər lenti