OPEC prezidenti:“Üzv dövlətlərin növbəti görüşü Bakıda keçiriləcək”

OPEC prezidenti:“Üzv dövlətlərin növbəti görüşü Bakıda keçiriləcək”

 

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin növbəti birgə görüşü fevralın sonu və ya martın əvvəlində Bakıda keçiriləcək.

"Report” "Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə OPEC-in prezidenti, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika naziri Suheyl əl-Məzrui Neft İxrac edən Ərəb Ölkələri Təşkilatının konfransında bildirib. BƏƏ-nin energetika nazirinin qeyd etdiyinə görə, neft hasilatçılarının görüşündə neft bazarının 2018-ci ilin yayında əldə edilən tarazlığa qaytarılması barədə danışıqlar aparılacaq.

Azərbaycan energetika nazirinin müşaviri Zəminə Əliyeva "Report”a OPEC+ çərçivəsində növbəti görüşün fevralın sonu, martın əvvəlində Bakıda keçiriləcəyi ilə bağlı məlumatı təsdiqləyib. Lakin o bildirib ki, görüşün dəqiq tarixi hələlik müəyyənləşdirilməyib.

Qeyd edək ki, dekabrın 7-də OPEC+ 2019-cu ilin yanvar ayından ilin I yarısında gündəlik hasilatın 1,2 mln. barel azaldılması barədə razılığa gəlib. Bu həcmin 800 min bareli OPEC, 400 min bareli qeyri-OPEC üzvlərinin payna düşür.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}