Tramp varlanmasının səbəbindən danışdı


ABŞ Prezidenti Donald Tramp ötən il sərvətinin görünməmiş artımının tutduğu vəzifədəki fəaliyyəti ilə hər hansı bir şəkildə əlaqəli olduğunu inkar edib.

Sozcu.info xəbər verir ki, o, CNBC-yə verdiyi müsahibədə hazırda ailə biznesini övladlarının idarə etdiyini, özünün bu işlə məşğul olmadığını əsas gətirib.

ABŞ prezidentindən ara seçkilərdə Demokratlar Nümayəndələr Palatasında çoxluq qazansalar, qanunvericilərin Trampın prezident kimi rekord sərvəti ilə bağlı araşdırma başlatacağından qorxub-qorxmadığı soruşulub: "Mən biznesimlə heç nə etmirəm; onu övladlarım idarə edir. Mən çoxlu pul yatırmışam, çoxlu pulum olub və çoxlu pulum var. Mən həmişə pul qazanmışam, yaxşı iş adamıyam".

Musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti