Səudiyyədə daha bir qadağa aradan qalxdı – Qadınlarla bağlı...

Səudiyyədə daha bir qadağa aradan qalxdı

 

Səudiyyə Ərəbistanı hökumətinin verdiyi məlumata görə, ölkədə bundan sonra restoranlarda cinslər üçün ayrı-ayrı girişlərin qoyulması tələbi aradan qaldırılacaq.

 

Buna qədər isə restoranlarda 2 giriş olurdu – biri qadınlar və ailələr üçün, digəri isə kişilər üçün. Bu qanuna qədər də bəzi kafe və restoranlarda ayrıseçkiliyi könüllü əsaslarla tətbiq etməklə, qayda yumşaldılmışdı.

Sosial sahədə bəzi islahatlar, əleyhinə çıxan müxalif etirazların müşayiəti ilə davam edir. Bu ilin əvvəlində kralın sərəncamı ilə qadınların ölkədən xaricə kişilərin müşayiəti olmadan çıxmasına, 2018-ci ildə isə maşın sürmələrinə icazə verilib.

"BBC” xəbər verir ki, bunlara baxmayaraq, aktivistlər hələ də qanunlarda qadınlara qarşı ayrıseçkilik müddəalarının qaldığını, qadın hüquqları müdafiəçilərinin həbs olunduqlarını bildirirlər.

Sonuncu qərara baxmayaraq, cinsi ayrıseçkilik əsasında girişlərin fərqləndirilməsi, restoranların içərisində qadın və kişilər üçün arakəsmə ilə ayrılmış yerlərin təşkil olunması biznes sahiblərinin ixtiyarına, müştərilərin seçimlərinə buraxılıb. (Xpressa)



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}