17-09-2025, 13:59
16-09-2025, 13:04
10-09-2025, 10:22
18-08-2025, 13:24
4-08-2025, 08:32
Səudiyyə Ərəbistanı hökuməti korrupsiya ilə bağlı ittihamların geri götürülməsi üçün həbsdə olan şahzadələrdən 100 milyard dollar almaq niyyətindədir.
Bu barədə "Bloomberg” məlumat yayıb.
Ər-Riyadda beş ulduzlu "Rits-Carlton” hotelində saxlanılan şahzadələrlə danışıqların yanvarın sonuna kimi yekunlaşacağı gözlənilir. Artıq saxlanılanlardan 90 nəfərin hökumətin şərtlərini qəbul edərək, azadlığa çıxdığı bildirilir; daha beş nəfər təklifi götür-qoy edir. Korrupsiyada təqsirləndirilən digər 95 nəfər isə ödəniş etməkdən imtina edib və onların işi məhkəməyə verilə bilər.
"Reuters”in yanvarın 14-də verdiyi xəbərə görə, krallığın ən zəngin insanlarından olan şahzadə Əl Vəlid bin Təlal hökumətə "ianə” verməyi təklif edib. Ancaq təklif olunan məbləğ ölkənin Baş Prokurorluğunu qane etməyib.