8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Lənkəran rayon sakini Hüseynov İlqar Qurban oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, qardaşı haqsız yerə həbs olunub:
“Mən, Hüseynov İlqar Qurban oğlu, yazaraq diqqətinizə çatdırıram ki, qardaşım Hüseynov Vüqar Lənkəran oğlu 2022-ci il, avqustun 27-də, saat 12 radələrində Liman polisi tərəfindən saxlanılıb. Polis şöbəsinə aparılan qardaşım orada işgəncələrə məruz qalıb. Əzim və Fuad adlı polislər tərəfindən qardaşım möhkəm döyülüb. Nə qədər döyülsə də, heç bir sənədə qol çəkməyib. Hal-hazırda Kürdəxanı həbsxanasında saxlanılır.
Belə ki, saxlanılması üçün heç bir əsas olmadığından, nəhayət, İlham Abbasov adlı şəxsi döyüb, zorla qardaşımın üzünə qoyublar. Guya, bir yerdə dəmir oğurluğu ilə məşğul olurlarmış.
Məhkəmə zamanı İlham açıq şəkildə qardaşım Vüqarı tanımadığını qeyd edib. Lənkəran şəhər Ağır Cinayətlər Məhkəməsində 3 dəfə hakim dəyişilib və sübut olmadığından, 2 ildir məhkəmə davam edir. Haqq-ədalət tamamilə yaddan çıxıb gedib.
Anam məsələ ilə bağlı Fuad Ələsgərovun və Vilayət Eyvazovun qəbulunda olub. Baş Prokurorluqda da qəbulda olub. Döyülmə faktını Kürdəxanı ekspertizası təsdiqləyib. Amma kiminsə tapşırığına əsasən, qardaşımı hələ də buraxmırlar. Ortada sübut da yoxdur. Ziyan və zərərçəkən biz olmuşuq.
Sizin qəzet və sayt vasitəsilə səhaliyyətli qurumlardan xahiç edirik ki, bizə kömək etsinlər, ədalət bərpa olunsun”.
Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.